Accessibility links

Con Kerri Vyetnamda səfərdədir


ABŞ dövlət katibi Con Kerri Vaşinqtonla Hanoy arasında daha yaxın ticarət və təhlükəsizlik əməkdaşlığı üçün Vyetnama səfər edib.

Bu gün cənab Kerri gətirən təyyarə Ho Çi Min şəhərində yerə enib. Vyetnam müharibəsi dövrü Sayqin kimi tanınan bu şəhərdə bir gün keçiərəndən sonra dövlət katibi insan haqları məsələsi də daxil olmaqla 3 günlük danışıqlar aparmaq üçün Hanoy gedəcək.

Cənab Kerri 1968-ci ildə hərbi dəniz zabiti kimi Cənubi Vyetnamda xidmət edib və senator kimi bu ölkəni 13 dəfə ziyarət edib. Bu, onun ABŞ diplomatı kimi ilk səfəridir.
Dövlət katibi kerri Vyetnamdan Filippinə yola düşəcək.
XS
SM
MD
LG