Accessibility links

Con Keysik prezidentlik yarışlarından çıxır


ABŞ prezidentliyinə respublikaçı namizəd, Ohayo qubernatoru Con Keysik namizədliyini geri çəkib. Beləliklə daşınmaz əmlak maqnatı Donald Trampın partiyadan nominasiya alması üçün yol açılır.

Keysik Barak Obama 2017-ci ilin yanvar ayında vəzifəsinin icrasını bitirdikdən sonra prezident olmaq üçün yarışan 17 respublikaçı namizəddən biri idi.

63 yaşlı Ohayo qubernatoru özünü qəti mühafizəkarlar arasında Vaşinqtondakı fraksiyalar-arası siyasi uçurumu yüngülləşdirə biləcək daha mötədil respublikaçı kimi təqdim etmişdi. Amma respublikaçı seçicilərin hökümətə qəzəbinin güclü olduğu bir ildə Keysik çox az dəstək qazandığı halda, Trampa dəstək davamlı olaraq artdı.

Keysik 40-dan çox praymeridə iştirak etsə də, sadəcə qubernatoru olduğu ştatın praymerisində qalib gəlib.

Çərşənbə axşamı İndiana ştatında keçirilən praymeridə isə o, Tramp və Kruzdan sonra üçüncü yeri tutub. Texas senatoru Ted Kruz da səsvermə başa çatdıqdan bir az sonra namizədlyini geri çəkib.

Keysik Ohayonun paytaxtı Kolumbusda günün ikinci yarısında mətbuat konfransı planlaşdırsa da, köməkçiləri əvvəlcədən xəbər agentliklərinə onun prezidentlik uğrunda yarışlardan çıxdığını bildirib.

XS
SM
MD
LG