Accessibility links

Con Stüart məhkəmə komitəsində qanunvericilərə hiddətlənib


First Responders Funding

ABŞ komediya ulduzu Con Stüart 2001-ci il sentyabrın 11-i Nyu Yorkda, Dünya Ticarət Mərkəzinə hücum zamanı ilk köməyə gələn insanlara tam kompensasiya ödənilməsi barədə keçirilən dinləmələrə gəlməyən ABŞ qanunvericilərinə hiddətlə müraciət edib.

11 sentyabr hadisəsi zamanı qurbanlara ilk yardım edənlərin müdafiəçisi Stüart məhkəmə komitəsində boş oturacaqları göstərərək qanunvericiləri ölkə üçün xəcalət adlandırıb. The Daily Show proqramının sabiq aparıcısı komitə üzvlərini təcili yardım işçilərinə qarşı qəbuledilməz hörmətsizlikdə təqsirləndirib.

“Sizin laqeydliyiniz bu kişi və qadınlara onlar üçün dəyərli olan vaxt bahasına başa gəlir. Onların vaxtı azdır. Bu dinləmə dəyişməlidir. Bu kişi və qadınlar yuxarıda və Konqres üzvləri aşağıda oturmalı və onların suallarını cavablandırmalıdır və Konqres bu məsələnin nəyə görə belə çətin olmasını və bu qədər vaxt almasını izah etməlidir” - deyə, Con Stüart bildirib.

Yanğınsöndürənlər, tikinti işçiləri, polis və hadisə baş verən zaman özlərini Dünya Ticarət Mərkəzinə çatdıran, toz, tüstü, kimyəvi maddələr və digər təhlükəli maddələrlə nəfəs alan digər təcili yardım işçilərinə yardım məqsədi ilə yaradılmış fonda 7 milyon dollardan çox pul qoyulub.

Bir çoxları nəfəsalma, həzmetmə problemləri və ciyər xəstəlikləri ilə üzləşir, digərləri isə xərçəng xəstəsidir.

“Bu fond cənnətə bilet deyil. Bu pul ailələrimizə yardım lazım olarsa xərcləmək üçündür. Siz dediniz ki, siz heç zaman bunu unutmayacaqsınız. Mən sizin unutmamanız üçün bura gəlmişəm. Siz məni 69-cu kimyaterapiya keçməmdən bir gün əvvəl buraya gəlməyə vadar etmisiniz. Və mən əmin olmaq istəyirəm ki, siz 11 sentyabr hadisə qurbanlarına yardım edənlərin qayğısına qalacaqsınız” - deyə, təqaüddə olan Nyu York Polis Departamentinin detektivi Luis Alvarez bildirib.

Ədliyyə Nazirliyi fondda pulun azaldığı barədə xəbərdarlıq edib. Buna səbəb Konqresin gələn il bitəcək proqram üçün fondda pul olmasını təmin etmək mexanizminin mövcud olmamasıdır.

Yardım ödənişləri üçün pul azalıb və təxminən 21 min müraciət hələ də təmin edilməyib.

Stüart və digərləri Konqresdən növbəti 70 ildə fondda pul olması üçün qanun qəbul etməyi tələb edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG