Accessibility links

Con Travoltanın İdina Menzelin adını səhv tələffüz etməsindən danışılır


İdrina Mende… İderna Medzel… Adele Dazeem. Bəli, ötən bazar günü Oskar mərasimində Con Travolta İdina Menzeli 43 milyon insana təqdim edən zaman onun adını Adele Dazeem kimi elan edib.

İnsidentdən sonra Con Travolta səhvi haqda fikrini bildirib. Öz bəyanatında aktyor “Mən bütün günü özümü qınamışam. Sonra düşündüm, görəsən İdina Menzel özünü necə hiss edir?”

Həmin gecə adı səhvən Adele Dazeem adlandırılan Let It Go mahnısının ifaçısı İdina Menzel tviter hesabında “Travis Carvoltaya məni bu gecə səhv təqdim etdiyinə görə təşəkkür edirəm. Sizsiz mən heç yerdə idim,”- deyə yazıb.
XS
SM
MD
LG