Accessibility links

USAID və Amerika Ticarət Palatası Azərbaycanda qadınların iqtisadiyyatda rolunun gücləndirilməsi mövzusunda konfrans keçirib


USAID və Amerika Ticarət Palatası Azərbaycanda qadınların iqtisadiyyatda rolunun gücləndirilməsi mövzusunda kionfrans keçirib
USAID və Amerika Ticarət Palatası Azərbaycanda qadınların iqtisadiyyatda rolunun gücləndirilməsi mövzusunda kionfrans keçirib

İyunun 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Amerika Ticarət Palatası (AmCham) “Qadınların Milli Biznes Gündəliyi (QMBG) Platformasının İnkişafı Əsasında Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi” mövzusunda birgə konfrans keçirib.

Yüksək vəzifəli dövlət məmurlarının, özəl sektor liderlərinin və diplomatik icmanın nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerika Ticarət Palatası ilə Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsinə dair Bəyannamə imzalanıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat üçün açıqlamasında deyilir.

Məlumata görə, konfransda iştirak edən dövlət və özəl sektor nümayəndələri ölkə iqtisadiyyatında qadınların rolunun gücləndirilməsi məqsədilə daha əlverişli biznes mühitinin yaradılması yollarını müzakirə edib.

Amerika Ticarət Palatası (AmCham) və USAID-in Özəl Sektorun İnkişafı Layihəsi qadın sahibkarların üzləşdiyi çətinliklərlə bağlı aparılmış sorğuların nəticələrini elan edib və onların aradan qaldırılması üçün müxtəlif həll yolları təklif edib.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA), Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsini və Aqrar Kredit və İnkişaf Agentliyini təmsil edən dövlət məmurları çıxış edib.

“Qadınların Milli Biznes Gündəliyi (QMBG) iqtisadiyyatda və iş yerlərində qadınlar üçün daha əlverişli mühitin yaradılmasına xidmət edir. Biz belə hesab edirik ki, qadınlar milli iqtisadiyyatın vacib və aparıcı qüvvəsi olub Azərbaycanın dayanıqlı və inkluziv inkişafını sürətləndirən ən güclü potensiala malikdirlər. Biz, bu prosesdə öz dəstəyimizə istənilən mümkün yolla davam edəcəyik, çünki ABŞ hökuməti Azərbaycanda iqtisadiyyatın şaxələnməsinə və çiçəklənməsinə kömək edir,” ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson bildirib.

“Qadınların iqtisadi gücünün artırılması həm qadın hüquqlarının, həm də iqtisadi artım, təhsil və rifah kimi daha geniş inkişaf məqsədlərinin reallaşmasında mühüm rol oynayır. Bu fikir cəmiyyətdə getdikcə daha çox qəbul edilir. Qadınların iqtisadi cəhətdən daha güclü olması nəinki onlara, hətta cəmiyyətə də fayda gətirir. Ona görə də biz, Amerika Ticarət Palatasının strateji fəaliyyətinin istiqamətlərindən birini də qadınların iqtisadi cəhətdən gücləndirilməsi üçün daha əlverişli biznes mühitinin yaradılmasına həsr etmişik,” Amerika Ticarət Palatasının icraçı direktoru Gülnarə Aslanbəyli qeyd edib.

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. PSA layihəsi qadınların iqtisadi cəhətdən gücləndirilməsini davamlı şəkildə dəstəkləmək üçün onların sahib olduğu və rəhbərlik etdiyi müəssisələrin və peşəkar assosiasiyaların potensialını gücləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG