Accessibility links

Dünya boyu COVID-19-a 125,5 milyondan çox insan yoluxub


Cons Hopkins Koronavirus Resurs Mərkəzi cümə günü səhər dünya boyu COVID-19-a 125,5 milyondan çox insanın yoluxduğunu bildirib.

ABŞ 30 milyondan çox yoluxma halları ilə birinci yerdədir. Ondan sonra 12,3 milyon yoluxma halı ilə ikinci yerdə Braziliya, 11,8 milyon yoluxma ilə isə üçüncü yerdə Hindistan gəlir.

Cümə günü Hindistan son 24 saat ərzində yoluxanların sayının rekord həddə çataraq, 59,000-dən çox olduğunu bildirib.

Braziliyanın cümə axşamı bildirdiyinə görə, ölkədə bir sutkada 100,158 yeni yoluxma halı qeydə alınıb.

UNESCO yeni bir araşdırmanın nəticələrinin koronavirus pandemiyasının 100 milyondan çox uşağın oxumaq bacarığına mənfi təsir göstərdiyini bildirib.

"Əsas oxuma bacarıqlarına sahib olmayan uşaqların sayı pandemiya başlamazdan əvvəl aşağıya doğru gedirdi və 2020-ci ildə 483 milyondan 460 milyona düşəcəyi gözlənilirdi. Bunun əvəzində pandemiya səbəbindən oxumaqda çətinlik çəkən uşaqların sayı 2020-ci ildə 20%-dən çox artaraq, 584 milyona çatdı və son iyirmi ildə təhsil sahəsində əldə edilən nailiyyətlər heç oldu" - deyə, UNESCO-nun açıqlamasında bildirilib.

UNESCO bazar ertəsi dünya ölkələrinin təhsil nazirləri ilə görüş keçirərək, narahatlıq yaradan tendensiyaya qarşı mübarizə yollarını müzakirə edəcək.

Bu arada isə ABŞ-ın peyvənd istehsalçısı Moderna bu həftə sonu çatdırılması gözlənilən təxminən 600,000 dozanın göndərilməsini təxirə saldığını bildirməsi ilə Kanada peyvənd proqramında kiçik bir problem yaşayıb.

Kanadanın federal alqı-satqı naziri Anita Anandın dediyinə görə, Moderna şirkətinin rəsmiləri gecikmənin "keyfiyyətin təmin edilməsi prosesində ləngimələr" səbəbindən olduğunu deyib. Peyvəndlərin gələn həftənin sonuna qədər göndəriləcəyi gözlənilir.

Nyu York şəhərinin teatr sənayesi işçiləri də peyvəndə hazırlaşır. Şəhərin meri Bill De Blasio cümə axşamı Brodveydə teatr işçiləri üçün peyvənd bölmələrinin yaradılacağını deyib. Nyu York rəsmiləri Brodveyin payızda yenidən açılmasını istəyir. "Pərdəni qaldırıb Brodveyi geri gətirməyin vaxtı gəlib" - deyə, De Blasio bildirib.

XS
SM
MD
LG