Accessibility links

Cons Hopkins: COVID-19-a qlobal yoluxmalar 178 milyona yaxınlaşır


Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirir ki, dünya boyu koronavirusa yoluxmalar 177.8 milyona, ölüm halları isə 3.8 milyona çatıb. ABŞ 33.5 milyon yoluxma halı ilə birinci, 29.8 milyon hal ilə isə ikinci yerdədir.

Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron cümə günü Avropa İttifaqı ölkələrini yeni koronavirus variantlarının yayılmasına qarşı sayıq olmağa çağırıb və bloku COVID-19-la əlaqədar sərhədlərinin yenidən açılma qaydalarını koordinasiya etməyə çağırıb.

“Bizim çoxlu azadlıqların olduğu yayımızın olması üçün ehtiyatlı olmağımıza ehtiyac var,” Merkel iki lider arasında keçirilən işğüzar şam yeməyindən öncə birgə mətbuat konfransı zamanı söyləyib.

“Bəzi ölkələr turizm sənayesi səbəbilə sərhədlərini artıq açıblar, amma biz yeni variantların yayılmaması üçün diqqətli davranmalıyıq,” Makron deyib.

Vəziyyətin nə qədər tez dəyişə biləcəyini göstərmək üçün Makron Britaniyada vəziyyəti vurğulayıb, Merkel isə Portuqaliyaya işarə edib.

Britaniya bu həftə ölkədə ilk dəfə Hindistanda üzə çıxan delta variantının çoxluq təşkil etməsi səbəbilə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşadılmasını təxirə salıb. Portuqaliya rəsmiləri cümə axşamı variant səbəbilə paytaxt Lisbona giriş-çıxışı qadağan edib.

İsraildə isə cümə günü yeni hökumət 1.4 milyon doza son istifadə tarixi yaxında bitəcək Pfizer koronavirus vaksinini Fələstin milli idarəsinə verəcəyini bildirmişdi. Fələstin milli idarəsi isə bunun müqabilində ilin sonunda almağl gözlədiyi eyni sayda vaksini İsrailə verəcəkdi. Ancaq Fələstin milli idarəsi daha sonra cümə günü bu razılığı ləğv etdi. Səhiyyə naziri Mai Alkaila müxbirlərə bildirb ki, vaksinlərin son istifadə tarixi iyundadır və bu da onlara dozaları insanla tətbiq etmək üçün kifayət qədər vaxt vermir.

İsrail vaksini işğal olunmuş İordan çayının qərb sahili və Qəzza zolağında 4 milyondan çox fələstinli ilə vaksini paylaşmadığına görə tənqidlərlə qarşılaşıb.

Uqanda cümə günü kornavirusa yoluxma hallarında artımın qarşısı almaq üçün qapanma tədbirlərini gücləndirir. Özəl maşınlar və ictimai nəqliyyat vasitəsilərinin hərəkəti qadağan olunub və yollarda yalnız karqo, mühüm işçiləri və ya xəstə insanları daşıyan avtomobillərin hərəkətinə icazə verilir.

Birləşmiş Ştatlarda cümə günü Prezident Co Bayden yanvarın 20-d vəzifəsinin icrasına başladığı gündən bəri ölkədə 300 milyon vaksin dozasının tətbiq olunduğunu bildirib.

Lakin Baydenin iyulun 4-dək amerikalıların 70 faizinə azı bir doza vaksin vurmaq planı baş tutmaya bilər, çünki ölkədə vaksinasiya olunanların sayı iki ay öncə ilə müqayisədə kəskin şəkildə azalıb.

Vitse-prezident Kamala Harris cümə günü Corciya ştatının Atlanta şəhərinə səfər edərək, orada insanları koronavirusa qarşı vaksinasiya olmağa təşviq etməyə çalışıb.

Corciya ştatının əhalisinin təxminən 36 faizi peyvənd olub. Bu isə əksər ABŞ ştatlarından əhəmiyyətli dərəcədə aşağı göstəricidir.

Kanada cümə günü Birləşmiş Ştatlara qeyri-mühüm səfərlərə tətbiq olunan məhdudiyyətlər iyulun 21-dək uzadılacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG