Accessibility links

Demokratların qurultayının ikinci günü prezident Obamaya ən önəmli dəstək və partiyada birlik nümayiş etdirilməsi ilə yadda qaldı


Demokrat partiyasının Mili qurultayının ikinci günü partiyada birlik ruhunun nümayişi kimi qiymətləndirilir.

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun çıxışı gecənin kulminasiyası oldu.

Cənab Klinton prezident Barak Obamaya dəstəyini bildirərək, seçiciləri onun ikinci dönəm seçilməsi üçün səs verməyə çağırdı.

Çıxışdan sonra prezident Barak Obamanın bir sürpriz olaraq səhnəyə çıxıb xələfi Bill Klintonu qucaqlaması fikir ayrılıqlarına malik elektoratı olan Demokrat partiyasında birliyin simvolu kimi qəbul edilir.

Prezident Obamanın cənab Klintonun həyat yoldaşı Hillari Klintonla rəqabət apardığı 2008-ci ildə də keçmiş prezident onu nominasiya etmişdi. Lakin Demokratların Milli qurultayında budəfəki çıxış seçkilərdə çox önəmli dəstək hesab edilir.

“Siz prezident Barak Obamaya səs verib onu yenidən seçməlisiniz”-deyə cənab Klinton onu hərarətlə alqışlayan auditoriyaya müraciət etdi.

Keçmiş prezident Bil Klinton hakimiyyəti dövrü seksual qalmaqalın vurduğu köhnə yaralara baxmayaraq, Amerika siyasətində ən populyar fiqurlardan biri olaraq qalır.

Cənab Klinton demokratların respublikaçılardan daha çox iş yerləri yaratdığını söylədi. Onun “Biz dörd il bundan əvvəl olduğundan daha yaxşı yaşayırıqmı?” sualına qurultay iştirakçıları “Bəli!” deyə cavab verdilər.

Müşahidəçilər Bill Klintonun dəstəyinin olduqca böyük əhəmiyyəti olduğunu deyirlər. Amerikada keçirilmiş son rəy sorğularına görə, keçmiş prezidentin ölkədə populyarlıq reytinqi hazırkı prezidentdən daha yüksəkdir.

Amerika Sahibkarlıq institutunun eksperti Norm Ornşteyn bunun prezident Obama üçün əhəmiyyətinin səbəbini izah edərək deyir:”Çünki heç kəs Bill Klinton kimi populyar deyil və heç kəs mesajı onun kimi çatdıra bilmir.”

Demokratların Milli qurultayının cümə axşamı sonuncu günü ABŞ prezidenti Barak Obama seçicilərə bir daha müraciət edəcək. Onun çıxışı ilə qurultay öz işini başa çatdıracaq. Bundan sonra Amerika seçicilərinin diqqəti seçki gününə qədər qalan iki ay ərzində onların kampaniyasına yönələcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG