Accessibility links

Demokratlar prezident Obamanın xarici siyasətini müdafiə edir


Demokrat partiyasının qurultayında diqqət mərkəzində olan əsa məsələlərdən biri də xarici siyasət idi. Demorkatlar qurultay zamanı respublikaçıların prezident Obamanın xarici siyasət kursu ilə bağlı tənqidlərinə qarşı çıxış etdilər.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt prezident Obamanın xarici siyasətini müdafiə edib.

Hər iki partiyanın qurultayı Suriyada vəziyyətin gərgin olduğu bir şəraitdə keçdi. Respublikaçılar demokratları Suriyada qantükmənin qarşısını almaq üçün kifayət qədər iş görməməkdə günahlandırıb.

Əfqanıstan və İraqda vəziyyətə gəlincə isə demokratlar respublikaçıların bu ölkələrdə münaqişələrin sona çatmasında maraqlı olmadığı və Suriya və İranda müharibələrə başlamaq istədiyi ilə bağlı tənqidlər səsləndirdi.

Prezident Obama 2010-cu ildə Rusiya ilə START yeni start müqaviləsini imzaladı. Onun rəqibi Mitt Romni bunun cənab Obamanın ən böyük siyasi səhvi ola biləcəyini deyib. Prezidentliyə respublikaçı namizədin sözlərinə görə, müqavilə ABŞ-ın təhlükəsizliyini zəiflədir ə Rusiyanın tələblərinə cavab verir.

Demokratların administrasiyasında ABŞ-ın keçmiş dövlət katibi olmuş Madlen Olbrayt Amerikanın səsinə müsahibədə məsələyə münasibətini bildirərək deyib:”Rusiyanın bizim bir nömrəli problemimiz olduğunu demək keçmişdə yaşamaq deməkdir. Rusiya mürəkkəb bir ölkədir, lakin ona bir nömrəli status vermək beynəlxalq vəziyyətdən, 21-ci əsrin problemlərindən xəbərsiz olmaq deməkdir.”

Heritage fondunda təhliçi Brayan Darlinq bununla razılaşmır. O deyir ki, Romninin xarici siyasətə baxışları köhnəlmiş deyil.Onun sözlərinə görə, respublikaçı namizədin xarici siyasətə dair baxışları ABŞ-ın keçmiş prezidentləri Ronald Reyqan və Corc Buş dövrünün xarici siyasət kursunu xatırladır, bunun da əsasında, güc yolu ilə sülhə nail olmaq, ya da düşmənlərə hücum edib, dünyanı təhlükələrdən qorumaq durur.

Keçmiş dövlət katibi Madlen Olbrayt deyir ki, iki partiya arasında əsas fərq demokratların güc deyil, diplomatiya üstünlük verməsindən ibarətdir. Xanım Olbraytın sözlərinə görə, başqqa ölkələrə qulaq asıb onlarla birlikdə işləmək olduqda mühümdür. “Amerikanın gücü bundadır”-deyə o əlavə edir.

Respublikaçıların administrasiyasında dövlət katibi olmuş Kondoliza Rays eyni mövqeyi bölüşür. Keçən həftə Respublikaçıların qurultayında nitqi zamanı xanım Rays prezident Obamanın xarici siyasət kursunu aydın etmədiyini demişdir. “Bizim seçimimiz yoxdur. Biz öndə getməkdən imtina etməməliyik, arxada qalıb irəliyə aparmaq mümkün deyil”-deyə o çıxışında demişdir.

Partiya qurultaylarından sonra növbəti iki ay ərzində ABŞ prezidentliyinə namizədlər xarici siyasət kursu məsələsi ətrafında daha çox müzakirə aparacaq və seçicilər onların mövqeləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək.
XS
SM
MD
LG