Accessibility links

Onlarla ölkə daş kömürdən istifadəni dayandıracağına söz verib


İqlim dəyişikliyinin qarşısının alması ilə mübarizə səyləri çərçivəsində daş kömürdən istifadə edən bir neçə ölkə cümə axşamı bu güclü çirkləndirici yanacaqdan istifadəni bəzən yavaş-yavaş da olsa, dayandıracağına söz verib.

Kömürün mərhələli şəkildə dayandırılması vədləri Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin iqlim sammitində verilən digər vədlərin üstünə gəlib. Beynəlxalq Enerji Təşkilatının rəhbərinin dediyinə börə, sammitdə qlobal istiləşmə dərəcəsi ilə bağlı proqnozlar bir az daha azaldılıb. Lakin ekspertlər bunun nikbinliklə qəbul edib.

Əsas yanacaqlar arasında ən çirkli karbon qazına malik və planeti istiləşdirən daş kömürdən istifadənin əhəmiyyətli azaldılması ilə bağlı vədlər də nikbinliyi artırıb.

"Hesab edirəm ki, bu gün daş kömürün sonunun göz qabağında olduğunu deyə bilərik" - deyə, 200-ə yaxın ölkənin iştirak etdiyi COP26 konfransına sədrlik edən Alok Şarma bildirib.

Tənqidçilər isə ABŞ, Çin, Hindistan və Yaponiya da daxil olmaqla, bir çox böyük iqtisadiyyatlar yanacaq asılılığına son qoymaqla bağlı tarix təyin etmədiyi üçün bu məsələnin dumanlı qaldığını deyirlər.

Ölkələr müxtəlif şeylər vəd edir. Bəziləri gələcəkdə kömürdən tamamilə imtina edəcəyinə söz verdiyi halda digərləri yeni zavodların tikintisini dayandıracağını deyir. Çin də daxil olmaqla, bəzi ölkələr xaricdə yeni daş kömür stansiyalarının maliyyələşdirilməsini dayandırmaqdan danışır.

Britaniya hökumətinin dediyinə görə, Ukrayna, Vyetnam, Cənubi Koreya, İndoneziya və Çili də daxil olmaqla, 20-dən çox ölkədən daş kömürdən istifadəni dayandırmaqla bağlı yeni və ya daha erkən tarıxlər barədə vədlər var.

XS
SM
MD
LG