Accessibility links

COP29 liderləri iqlim maliyyəsi və enerjinin saxlanması hədəflərini açıqlayıb


Birləşmiş Millətlər Təşkilatının COP29 İqlim Sammitinə iki aydan az bir müddət qalmış ölkələrin yeni maliyyələşdirmə hədəflərinin artırılması məsələni həll etməyə davam etdiyi bir vaxt Azərbaycan rəhbərliyi çərşənbə axşamı günü əldə edəcəyinə ümid etdiyi planları açıqlayıb.

Noyabr sammitinin əsas vəzifəsi yoxsul ölkələrin iqlim dəyişikliyinin öhdəsindən gəlməsinə kömək etmək üçün zəngin ölkələrin ödəyəcəkləri maliyyələşdirmə üçün yeni illik hədəfi razılaşdırmaqdır. Bir çox inkişaf etməkdə olan ölkələr ilk növbədə bu məqsədlərə investisiya etmək üçün daha çox maliyyə dəstəyi almadan emissiyaları daha sürətli azaltmaq üçün hədəflərini artıra bilməyəcəklərini deyirlər.

Ölkələrin maliyyələşdirmə məqsədilə bağlı razılıq əldə etmədiyi halda COP29-un sədrliyi bu həftə ambisiyaları artıra biləcək, lakin tərəflərdən irəliləyişə mane ola biləcək danışıqların aparılmasını və konsensusa nail olmağın tələb edilmədiyi ondan çox təşəbbüsü qeyd edib. Bunlar milli hökumətlərin qəbul edə biləcəyi yeni fondlar, öhdəliklər və bəyannamələr formasındadır.

Buraya mədən yanacağı hasil edən ölkələrin və şirkətlərin iqlim məsələləri ilə məşğul olan dövlət və özəl sektorlara könüllü töhfələri, eləcə də inkişaf etməkdə olan ölkələrdə iqlimlə bağlı fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün təqdim edilə biləcək qrantlar daxildir.

Bu kimi gündəmlər “koalisiya yaratmaq və irəliləyişə nail olmaq üçün COP-un çağırış gücündən və ev sahiblərinin müvafiq milli imkanlarından istifadə edir” - deyə COP-un növbəti sədrliyini icra edən Muxtar Babayev bütün tərəflərə məktubunda bildirib.

Məsələn, ötən il Dubayda keçirilən COP28 sammitində 120-dən çox ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmağı vəd etmişdi.

COP29-un sədrliyi həmçinin qlobal enerji saxlama qabiliyyətini 2022-ci il səviyyəsindən altı dəfə artırmaq və 2030-cu ilə qədər 1500 giqavata çatdırmaq öhdəliyinin dəstəklənməsinə ümid edir. Bu, enerji şəbəkələrinə sərmayələri genişləndirmək, 2040-cı ilə qədər 80 milyon km-dən çox əlavə və ya təmir edilməsi öhdəliyini əhatə edəcək.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri olan Babayev deyib ki, gündəm “maraqlı tərəfləri ümumi prinsiplər və məqsədlər ətrafında bir araya gətirərək ambisiyaları gücləndirməyə kömək edəcək”.

“Ümid edirik ki, ən aktual problemlərin bəzilərini həll edəcəyik, eyni zamanda, qalan prioritetləri vurğulayacağıq”, o deyib.

Digər bəyannamədə ölkələr və şirkətlərin tənzimləyici, texnoloji, maliyyə və standartlaşdırma maneələrini aradan qaldıraraq, təmiz hidrogen üçün qlobal bazar yaratması nəzərdə tutulur.

COP29 liderləri həmçinin sülh və iqlimlə bağlı fəaliyyətin vacibliyini vurğulayacaq “COP razılaşması”na çağırıblar.

Ölkələrin mövcud iqlim öhdəliklərinə baxmayaraq, mədən yanacağı tullantıları nəticəsində karbon dioksid emissiyaları keçən il rekord həddə çatı və temperatur yüksəldikcə dünya rekord dərəcədə ən isti yay mövsümü qeyd edilib.

Forum

XS
SM
MD
LG