Accessibility links

Corc Buş ata 94 yaşında vəfat edib


Sabiq ABŞ prezidentləri və sabiq birinci xanımlar Laura Buş, Corc Buş oğul, Bil Klinton, Hillari Klinton, Barak Obama, Mişel Obama və birinci xanım Melania Tramp sabiq ABŞ prezidenti Corc Buş ata ilə şəkil çəkdirir
Sabiq ABŞ prezidentləri və sabiq birinci xanımlar Laura Buş, Corc Buş oğul, Bil Klinton, Hillari Klinton, Barak Obama, Mişel Obama və birinci xanım Melania Tramp sabiq ABŞ prezidenti Corc Buş ata ilə şəkil çəkdirir

Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc H.W.Buş cümə günü Texas ştatının Hyuston şəhərindəki evində vəfat edib. Bununla bağlı ailənin sözçüsü açıqlama verib.

Sabiq prezident 94 yaşında idi və son bir neçə ildir səhhətində problemlər yaşayırdı. O, Parkinsons xəstəliyi və digər sağlamlıq problemlərindən əziyyət çəkirdi.

Buş 1989-cu ildə Amerika lideri olmadan öncə dünya və Amerikanın siyasi səhnəsində bir çox seçkidə məğlub və qalib olub. Daha sonra isə zəifləyən ABŞ iqtisadiyyatı və artan işsizlik səviyyəsi səbəbilə 1992-ci ildə prezident seçkilərində məğlub olub.

Ağ Evdə keçirdiyi dörd il ərzində Buş ölkənin narkotik maddə alverçisi olan Manuel Norieqanı devirmək məqsədilə Panamada hərbi əməliyyat başlatmışdı. Bundan əlavə o, İraq diktatoru Səddam Hüseynin neftlə zəngin Küveyti ələ keçirmək cəhdinin qarşısını almaq üçün Yaxın Şərqə qoşun göndərmişdi. Bu hadisə bəlkə də, Buşun prezidentliyinin ən yüksək nöqtəsi idi. Belə ki, onun seçicilər arasındakı etimad reytinqi 89 faizə çatmışdı.

Lakin daha sonra Buşun Küveytə müdaxiləsi qələbə olaraq görülmədi, çünki nəticədə bir çox İraq qoşunu öldürülüb və ya ələ keçiriliməkdənsə öz ölkələrinə geri döndü, Səddam Hüseyn isə hakimiyyətdə qaldı. O, president Corc Buş oğulun 2003-də İraqa hərbi müdaxiləsi zamanı hakimiyyətdən devirldi.

Buş ata İraq hökümətiin devrilməsinə qarşı çıxdığını söyləyirdi, çünki onun sözlərinə görə, bu, “çox sayda insan tələfatına səbəb ola və böyük siyasi nəticələri ola bilərdi. Biz Bağdadı işğal edib, İraqı idarə etmək məcburiyyətində qala bilərdik”.

Corc Buş ata və xanımı Barbara Buş. 8 noyabr, 1988, Hyuston, Texas.
Corc Buş ata və xanımı Barbara Buş. 8 noyabr, 1988, Hyuston, Texas.

Buşun ölkəsi qarşısında öhdəliyini erkən yaşlarından yerinə yetirməyə başlayıb. O, İkinci Dnüya müharibəsi dövründə hərbi donanmanın döyüşçü pilotu olub və artıq 18 yaşında Yaponiyadakı hədəflərə hücumlar edib, İkinci Dünya Müharibəsinin ən böyük hava döyüşlərindən olan Filippin Dəniz döyüşündə qalib gəlib. Daha sonra o, təyyarəsinin atəşə məruz qalıb, mühərriyinin alovlanmasına baxmayaraq, missiyasını yerinə yetirib. O, təyyarədən tullanıb və Bonin adaları yaxınlığında suda tapılıb.

Prezident olmadan öncə Buş bir sıra yüksək səviyyəli vəzifələrdə çalışıb. Bir çox respublikaçı president onu ABŞ-ın ictimai həyatının ən təcrübəli insanı adlandırıb. O, 1970-ci ilərin əvvəlində ABŞ-ən BMT-dəki nümayəndəsi, daha sonra Respublikaçıların Milli Komitəsinin sədri, bir müddət sonra isə ABŞ-ın Çindəki baş nümayəndəsi olaraq xidmət göstərib. Buş həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində də çalışıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG