Amerikanın 41-ci prezidenti Corc Buş atanın cənazəsi Kapitolidə qoyulacaq. Sabahdan etibarən mərhum prezidentlə vidalaşmaq üçün Kapitoli qapıları ictimaiyyətə açıq olacaq.
Vida mərasimi çərçənbə günü səhərədək davam edəcək.
1989-cu ildən 1993-cu ilədək president vəzifəsində xidmət göstərən Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kilsəsində keçiriləcək.
Ağ Ev elan edib ki, ABŞ prezidenti Donald Tramp da dəfn mərasimində iştirak edəcək.
Twitter şərhində prezident Tramp Buşun uzun, uğurlu və gözəl bir həyat yaşadığını bildirib.
"Nə zaman onunla bərabər olsam, həyat eşqini, ailəsi ilə fəxr etdiyi görürdüm. Onun gördüyü işlər başdan sonadək mükəmməl olub. O, həqiqətən də gözəl insan idi və hər kəs onun üçün darıxacaq" - deyə, prezident yazıb.
Ağ Evin mətbuat katibi Sara Sanders bəyanatında bildirib ki, çərşənbə günü milli matəm elan olunub və Ağ Evdə bayraqlar Buşun xatirəsini anmaq məqsədilə endirilib.
ABŞ-ın dövlət səviyyəsində dəfn mərasimi veb səhifəsində bildirilir ki, Buşun dəfn mərasimi Buş ailəsi tərəfindən planlaşdırılıb.
Dövlət səviyyəsində dəfn mərasimləri adətən hazırkı və ya keçmiş prezidentlər və prezidentin müəyyən etdiyi digər rəsmilər üçün keçirilir.
Vebsayta əsasən, dövlət səviyyəsində dəfn mərasimi 7-10 gün davam edən bir tədbirdir və üç hissədən ibarətdir. İlk olaraq rəsminin yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər keçirilir, ən sonda isə vəfəat edənin torpağa tapşırılmaq üçün təyin etdiyi ştatda mərasimlər baş tutur.