Accessibility links

Corc Buş atanın dövlət səviyyəsində dəfn mərasimi keçiriləcək


Corc Buş ata
Corc Buş ata

ABŞ Müdafiə Nazirliyinin şənbə günü verdiyi məlumata görə, Buş ailəsi hələ ki, sabiq prezident Corc Buş atanın dəfn mərasiminin detallarını planlaşdırır.

1989-cu ildən 1993-cu ilədək president vəzifəsində xidmət göstərən Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kilsəsində keçiriləcək. Mərasimin dəqiq günü hələ bildirilməyib.

Ağ Ev şənbə günü elan edib ki, ABŞ prezidenti Donald Tramp da dəfn mərasimində iştirak edəcək.

“Ağ Evin mətbuat katibi Sara Sanders bəyanatında bildirib ki, çərşənbə günü milli matəm elan olunub və Ağ Evdə bayraqlar Buşun xatirəsini anmaq məqsədilə endirilib.

Prezident və birinci xanım dünən gecə prezident Corc Buş atanın vəfatı barədə məlumatlandırılıb. Prezident Tramp bu səhər prezident Corc Buş oğulla telefonla danışacaq və ona özü, birinci xanım və bütün ölkə adından başsağlığı verəcək. Prezident 5 dekabr çərşənbə gününü milli matəm günü olaraq elan edəcək. Tramp və birinci xanım Vaşiqntonda Milli Kilsədə dəfn mərasimində iştirak edəcək”– deyə, bəyanatda bildirilir.

ABŞ-ın dövlət səviyyəsində dəfn mərasimi veb səhifəsində bildirilir ki, Buşun dəfn mərasimi Buş ailəsi tərəfindən planlaşdırılır.

Dövlət səviyyəsində dəfn mərasimləri adətən hazırkı və ya keçmiş prezidentlər və prezidentin müəyyən etdiyi digər rəsmilər üçün keçirilir.

Vebsayta əsasən, dövlət səviyyəsində dəfn mərasimi 7-10 gün davam edən bir tədbirdir və üç hissədən ibarətdir. İlk olaraq rəsminin yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər keçirilir, ən sonda isə ölən şəxsin torpağa tapşırılmaq üçün təyin etdiyi ştatda mərasimlər baş tutur.

XS
SM
MD
LG