Accessibility links

Corc Buş Texas ştatının Hyuston şəhər xəstəxanasına çatdırılıb [Fotoqüalereya]


Sabiq ABŞ pezidenti Corc Buş Texas ştatının Hyuston şəhər xəstəxanasına çatdırılıb. 90 yaşlı sabiq prezidentin sözçüsü deyib ki, Corc Buş nəfəs çatışmamazlığı səbəbi ilə Hyustonun Metodist xəstəxanasına aparılıb.

41-ci sabiq prezident Corc Buş 2012-ci ilin dekabr ayında bronxitdən müalicə almaq üçün eyni xəstəxanaya aparılmışdı. O zaman o, yeddi həftə xəstəxanada qalmışdı.

Ağ Ev bəyanatında Havay adalarında istirahət edən prezident Barak Obamanın ata Buşun xəstəliyi barədə məlumatlandırıldığını bildirib.

Bəyanatda Barak və Mişel Obamaların Buş və onun ailəsinə xoş arzularını göndərdiyi də qeyd edilir.

Corc Buş 1989-cu ildən 1993-cü ilədək prezident vəzifəsində xidmət göstərib. O, ondan əvvəlki 8 il müddətində Ronald Reyqanın vitrse-prezidenti qismində çalışıb.

XS
SM
MD
LG