Accessibility links

Corc Floydun ölümü BMT-də irqçiliklə bağlı müzakirələrin aparılmasına dair çağırışlara gətirib çıxarıb


Afrika ölkələrindən ibarət bir qrup BMT-nin İnsan Haqları Şurasının prezidentinə məktub yollayaraq gələn həftə şuranın iclası zamanı irqi zəmində insan haqları pozuntuları ilə bağlı müzakirə aparmağa çağırıb. Buna afrikalı amerikalı Corc Floydun ABŞ-da polis tərəfindən öldürülməsi səbəb olub.

Afrika ölkələri məktubda bildirib ki, Corc Floydun mayın 25-də öldürülməsindən bəri yaşanan hadisələr dünay boyu Afrika mənşəli insanlarınn dünyanın bir çox yerində hər güz üzləşdikləri ədalətsizlik və zorakılıqlara qarşı etirazlara səbəb olub.

Məktubda deyilir ki, hazırda insan haqlarının irqi zəmində pozulması, sistemik irqçilik, polis qəddarlığı və dinc etirazçılara qarşı zorakılıqlar səbəbilə bu məsələlərin təcili şəkildə müzakirə olunması zəruridir.

Corc Floydun yegadə nümunə deyil, məktubda bildirilir. Məktubu hazırlayan Afrika ölkələrərinin nümayəndələrindən ibarət qrup qeyd edir ki, Afrika mənşəli bir çox insan polis qəddarlığı səbəbilə eyni aqibəti yaşayıb. Amma polislərin etdiyi cinayətlər çox vaxt göz ardı edilib.

BMT-nin insan haqları idarəsinin sözçüsü Rolando Qomez Amerikanın Səsinə bildirib ki, debatın çərşənbə axşamı və ya çərşənbə günü, BMT qurumu irqçilik və diskriminasiya məsələlərini müzakirə etdiyi zaman baş tutacağı gözlənilir.

“Struktur irqçilil və polis zorakılığı şuranın görüşü zamanı ölkələr və vətəndaş cəmiyyəti tərəfindən qaldırılan məsələlərdir. Bundan əlavə polis tərəfindən qanunsuz qətllər və polis sistemində irqi zəmində ayrı-seçkilik də müzakirə olunur. Məqsəd təbii ki, bu cür bu kimi iyrənc hərəkətlərin qarşısını alınmasıdır,” Qomez deyib.

Şura prezidentinə ünvanlanan məktubda deyilir ki, ABŞ-da baş qaldıran etirazların dövlətin dəsətyi ilə aparılan irqi zorakılıq və günahkarların cəzasız qalmasına səbəb olan sistemik irqçiliyə etirazdır. Bundan əlavə dünyanın şahid olduğu etirazların Birləşmiş Ştatlardakı qara və rəngli insanların üzləşdikləri irqi bərabərsizlik və ayrı-seçkiliyə son qoyulmasına çağırışdır.
Bu həftənin əvvəli ABŞ-ın BMT-nin Cenevredəki idarəsindəki nümayəndəsi Endrü Bremberq Amerikanın Corc Floydun qəddarca öldürülməsi ilə bağlı dəhşət, qəzəb və kədər hissi duyduğunu bildirib.

O, ictimaiyyətin bu ağır faciəyə reaksiyasının Amerika xalqının irqi ədalətsizliyi aradan qaldırmaq və daha bərabər və ədalətli cəmiyyət yaratmaq istəyinin olduğunu nümayiş etdirdi.

XS
SM
MD
LG