Accessibility links

Corc Floydun qətlinə görə Derek Çauvinə hökm oxunacaq


Derek Çauvin
Derek Çauvin

Minnesota prokurorları 2020-ci ilin mayında Corc Floydun qətlinə görə aprel ayında təqsirli bilinən keçmiş polis məmuru Derek Çauvinə 30 illik həbs cəzası tələb edir.

Floyd saxlanıldığı zaman doqquz dəqiqədən çox müddət ərzində onun boynunda dizini saxlayan ağdərili zabit Çauvin apreldə Minneapolis münsiflər məhkəməsi tərəfindən qətldə və adam öldürmədə təqsirli bilinib.

Hakim Piter Kiyhil Floydun qətlində "ağırlaşdırıcı şərtlərin" olduğuna qərar verib ki, bu da ona Çauvini adi ştat qanunlarında qeyd olunandan daha uzun müddətə cəzalandırmaq ixtiyarı verir.

Çauvi ona qarşı sürülən ən ağır ittiham olan ikinci dərəcəli qətlə görə 40 illik həbslə üzləşə bilər.

Çauvinin məhkəməsi iyunun 25-nə təyin edilib. O, Floydun ölümü ilə əlaqədar olaraq əvətəndaş hüquqları çərçivəsində digər federal ittihamlarla da üzləşir.

Floydun öldürülməsi, xüsusilə ABŞ-da sistemli irqçiliyə və polisin silah tətbiqinə qarşı qlobal etirazlara səbəb olmuşdu.

XS
SM
MD
LG