Accessibility links

Beatles qrupunun prodüseri vəfat edib


\
\

Beattles qrupunun keçmiş zərbçisi Ringo Starr qrupun prodüseri "beşinci Beatle" Sir Corc Martinin həyatının 90-cı ilində vəfatı barədə xəbər verib.

Starr bu xəbəri çərşənbə günü öz Twitter hesabında Martinin şəklini yerləşdirərək, altında “ Sevgin və mehribanlığın üçün təşəkkürlər, Corc” yazaraq paylaşıb.

Klassik musiqi üzrə təlim keçmiş musiqiçi 1962-ci ildə dörd gənc Beatles üzvü ilə müqavilə imzalayıb. Martin onların uğurlarında böyük rol oynayıb, onlara ən böyük hit mahnılarının yaranması və aranjimanında kömək edib. Bu hitlərdən ən birincisi də 1962-ci ildə çıxan “Love Me Do” mahnısıdır.

1970-ci ildə Beatles qrupu dağılandan sonra Martin Elton John, Bob Dylan və Sting kimi digər böyük sənətçilərlə çalışmağa başladı. O, 1996-ci ildə Britaniya monarxiyası tərəfindən cəngavər adına layiq görülüb.

Guinnes Dünya Rekordları Martini dünyanın ən uğurlu musiqi prodüseri adlandırıb. O, elə təkcə Britaniya və ABŞ-da 50 birnömrəli hit mahnıya prodüserlik edib.

Martin daha sonra da Beatles-la bağlı layihələr üzərində işləməyə davam edib. O, Paul McCartney üçün iki solo albom yazıb, 2006-cı ildə isə Beatle-ə əsaslanan “Love” adlı Cirque de Soleil şousunu tərtib edib. Bu şouda çalınan soundtrek isə iki Grammy mükafatına layiq görülülüb.

XS
SM
MD
LG