Accessibility links

Corc Vaşinqtonun evində vətəndaşlıq mərasimi [Video]


Corc Vaşinqtonun evində vətəndaşlıq mərasimi
please wait

No media source currently available

0:00 0:02:38 0:00

4 iyul 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres istiqlaliyyət bəyannaməsini imzalayaraq, Amerika Birləşmiş Ştatlarının yaranmasını elan edir.

Həmin gündən 242 il sonra eyni gündə ABŞ-ın ilk prezidenti olmuş Corc Vaşinqtonun Mount Vernondakı evində ölkənin müstəqillik günü münasibətilə böyük tədbir keçirilib.

Corc Vaşinqtonun evində vətəndaşlıq mərasimi
Corc Vaşinqtonun evində vətəndaşlıq mərasimi

Amerikanın banisi hesab edilən Corc Vaşinqtonu canlandıran aktyor tədbirin qonaqlarını salamlayaraq, onlara Amerika Birləşmiş Ştatlarının yaranmasının tarixindən bəhs etdi.

Amerikanın qurucu atalarından biri olmuş Bencamin Franklin isə bəyannaməni oxudu.

Hər il minlərlə insan ABŞ vətəndaşı olur. İl boyu onlar üçün bir neçə and içmə mərasimi keçirilir. Lakin bu mərasimlərdən ən təmtərahlısı hər il iyulun 4-də Mount Vernonda baş tutur.

Bu il 50 ölkədən 101 insan məhz bu gün Birləşmiş Ştatların müstəqilliyinin 242-ci ildönümündə Amerikanın qurucu atası Corc Vaşinqtonun evində and içərək ABŞ vətəndaşlığını qəbul etdi.

Əslən Beninli olan yeni ABŞ vətəndaşı Aime Kouassi Kpokame yaşadığı hissləri sözlərlə ifadə edə bilmədiyi deyir.

“Bəzən hisslərini dilə gətirəcək sözlər tapa bilmirsən. Mən Amerika vətəndaşı olduğuma görə çox xəşbəxtəm və bununla qürur duyuram. Mən bunu mənə yaştdığına görə həyat yoldaşıma və bu uzun yolda bizi dəstəkləyən, bizə yardım edən valideynlərimə təşəkkür edirəm. Mən çox qürurluyam. Nə deyəcəyimi bilmirəm. Sadəcə çox xoşbəxtəm”- deyə o bildirdi.

Bu çox özəl bir duyğudur. Mən üzərində 4 iyul yazılan məktubu alanda gözlərimə inana bilmədim. Mərasimin burada keçirələcəyini öyrənmək isə çox qeyri-adi oldu.
Loren Tomas

Birləşmiş Krallıqdan ABŞ-a miqrasiya edən Loren Tomas isə ABŞ vətəndaşlığının belə bir əlamətdar gündə ona təqdim edildiyinə görə böyük qürur hiss duyur.

“Bu çox özəl bir duyğudur. Mən üzərində 4 iyul yazılan məktubu alanda gözlərimə inana bilmədim. Mərasimin burada keçirələcəyini öyrənmək isə çox qeyri-adi oldu”, o dedi.

Amerika İstiqlal Müharibəsində döyüşən əsgərlərim nəslindən olan kişi və qadınlardan ibarət Sons and Daughters of the American Revolution təşkilatı general Vaşinqton və xanımının məqbərələrinə çələng və qərənfil qoydu.

Tədbir sonda Milli Konsert qrupunun vətənpərvər musiqilərindən ibarət ifası ilə başa çatdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG