Accessibility links

Corciya ştatında 8 nəfəri güllələyən şəxs məhkəmə qarşısına çıxarılacaq


ABŞ-ın cənub-şərqindəki masaj salonlarına hücum edərək, səkkiz nəfəri öldürməkdə günahlandırılan şəxin cümə axşamı Corciya ştatının məhkəməsi qarşısına çıxarılacağı gözlənilir.

Çərşənbə günü prokurorlar Corciya ştatının Vudstok şəhərindən olan 21 yaşlı Robert Aron Lonqu 8 qətl və qəsdən hücumda günahlandırıb. Çərşənbə axşamı Atlantada etdiyi silahlı hücumlardan sonra gecə saatlarında həbs edilən Lonq Çeruki mahalının həbsxanasına aparılıb.

Polis öldürülənlərin altısının Asiya mənşəli qadınlar olduğunu və qətllərin səbəbinin hələ məlum olmadığını deyib. Digər iki qurban ağdərili bir kişi və bir qadındır. Polis bir nəfərin yaralandığını və xəstəxanaya aparıldığını bildirib.

Həbs edilərkən Lonq polisə hücumların irqi səbəbdən olmadığını deyib. Rəsmilərin dediyinə görə, onda "cinsi asılılıq" problemləri var.

Robert Aron Lonq
Robert Aron Lonq

Bir il əvvəl koronavirus pandemiyası başlayandan bəri baş qaldıran hücumlardan sonra bu qətllər Asiya mənşəli amerikalılar arasında qorxu dalğası yaradıb.

Corciya ştatı Nümayəndələr Palatasının ilk Respublikaçı vietnamlı amerikalı üzvü Bi Nquyen hücuma səbəbin “cinsiyyətə əsalanan zorakılıq, qadına nifrət və ksenofobiya“ olduğunu deyib.

Associated Press xəbər agentliyi Nquyenin ştatda tez-tez qadınlar və müxtəlif irqlərin müdafiəsinə qalxdığını bildirib.

Rəsmilər Lonqun hücumlar həyata keçirdiyi salonlarda əvvəllər də olub-olmadığını bilmədiklərini deyib. Lakin onların fikrincə, Lonq qətllərini davam etmək üçün Floridaya getmək istəyib.

Atlanta Polis İdarəsinin rəisi Rodni Brayant hücumların nifrət zəmini kimi qiymətləndirməyin hələ tez olduğunu deyib.

Prezident Co Bayden deyib ki, hücumların arxasındakı motivasiya ilə əlaqədar qərar daha çox məlumat əldə edilməyincə gizli saxlanmalıdır.

Atlanta şəhərinin meri Kişa Lens Bottoms bir açıqlamasında "Hər hansı bir cəmiyyətə qarşı cinayət, hamımıza qarşı cinayətdir" deyib.

Çərşənbə axşamı yayımlanan “Stop AAPI Hate“in (Asiyalı amerikalılar və Sakit okean adalılarından olan insanlara qarşı nifrətə son) yeni hesabatında deyilib ki, COVID-19 pandemiyası elan edilməsindən bir müddət sonra 2020-ci il martın 19-dan - 2021-ci il fevralın 28-nə qədər asiyalılara qarşı nifrətlə bağlı 3795 hadisə qeydə aldınıb. Onlardan 500-dən çoxu 2021-ci ildə baş verib.

Bayden administrasiyası nifrət epidemiyasına qarşı çıxıb və Prezident Co Bayden yanvar ayında asiyalılara qarşı nifrət zəminində cinayətlərin artmasını pisləyən bir memorandum imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG