Accessibility links

Corciyada seçkilərdə qələbələr Demokratların Konqresə tam nəzarətini təmin edir


Corciya seçkilərində qələbələr Demokratların Konqresə tam nəzarətini təmin edir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Bu həftə Corciya ştatında Senata seçkilərin ikinci raundundan sonra Demokratlar ABŞ Senatı və bütünlüklə Konqresə nəzarəti ələ alır. Beləliklə, Baydenin prezidentliyi Demokratların Ağ Evə və Konresə nəzarəti ilə başlayacaq.

Corciyada səsvermə ABŞ Senatına nəzarəti demokratlara təslim etdi.

Respublikaçı Kelli Loeffer Corciya ştatının ilk qaradərili senatoru olacaq demokrat rahib Rafael Varnoka məğlub oldu.

Senator seçilmiş Rafael Varnok: “Amerikada bu tarixi anda məni bu yerə gətirib çıxaran inanılmaz marafon yalnız burada baş verə bilərdi."

Demokrat Con Ossoff isə respublikaçı senator Devid Perdyunu məğlub etdi.

Senata seçkilərdə namizəd Con Ossoff: “Bu virusu məğlub etmək və ştatımızın insanları və Amerika xalqına iqtisadi yardım göstərmək üçün gəlin bir olaq.”

Demokratların uzun illərdir Respublikaçıların istinadgahı olan Corciyanı seçkilərin nəticələrinə təsir göstərəcək ştata çevirmək istiqamətində səyləri nəticəsində Senata seçkilərin ikinci raundunda yüksək seçici fəallığı müşahidə edilib.

Prezident Trampın ştatda seçki saxtakarlığı ilə bağlı davam edən əsassız iddialarının buna təsiri ola bilər.

ABŞ prezidenti Donald Tramp: “Seçkilər saxtalaşdırıldıqda siz razılaşmırsınız.”

Prezidentin bir çox tərəfdarı Corciyada seçkilərin mühüm olduğunu deyərək səsvermədə iştirak edib.

Trump tərəfdarı Mark Hays: “Biz azadlığımızı ona görə əldə etməmişik ki, insanların gəlib bu ölkəni Demokratların istədiyi kimi idarə etməsinə icazə verək.”

Təhlilçilərin fikrincə, prezidentin açıqlamaları ümumilikdə ştatda Respublikaçı seçicilərin iştirakının azalmasına səbəb olub.

Kollec professoru Hank Edmondson: “Prezident saxtakarlıq ittihamları ilə ştatda böyük qarışıqlıq yaratdı. Respublikaçılar arasında bir müddət bunun respublikaçıların iştirakını azalda biləcəyi ilə bağlı qorxular var idi.”

ABŞ-ın yeni vitse-prezidenti seçilmiş Kamala Harris Çak Şumerin yaxın zamanda əksəriyyətin lideri olacaq ABŞ Senatında həlledici səsə malik olacaq.

Senatda azlığın lideri Çak Şumer: “Amerikanı yenidən hərəkətə gətirəcəyik.”

Bu, yeni seçilmiş prezident Baydenin hakimiyyəti üçün həlledici bir dəyişikliyə işarə edir və onun hakimiyyətinin ilk iki ili ərzində proqramını həyata keçmək üçün Konqreslə əməkdaşlıq üçün imkanlar açır.

Siyasi strateq Fred Hiks: “Senatda əksəriyyətin lideri həqiqətən də Konqresdə ən mühüm fiqurdur, əksəriyyətin lideri olmadan Senatda heç bir şey irəliləyə bilməz və biz bunu Mitç Makkonnellin misalında gördük.”

Yeni seçilmiş prezident Bayden hakimiyyətə Nümayəndələr Palatası və Senatda Demokratların üstünlüyü ilə başlayacaq. Bu, son on ildə ilk dəfədir ki partiya hər iki palataya nəzarət edəcək.

Şərhlərə bax

XS
SM
MD
LG