Accessibility links

Dünyada 84.3 milyon COVID infeksiyasından 20.4 milyonu ABŞ-ın payına düşür


ABŞ COVID-19 infeksiyası ilə bağlı dünya ölkələri siyahısında liderliyini davam etdirir.

Johns Hopkins Coronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünyada 84.3 milyon COVID infeksiyasından 20.4 milyonu ABŞ-ın payına düşür.

Amerikadan sonra Hindistan 10,3 milyonla ikinci yeri tutur. Bu ölkədə yoluxma halları ABŞ-la müqayisədə iki dəfə azdır.

Bununla yanaşı, ictimai səhiyyə rəsmiləri Hindistanda xəstə sayının daha çox olduğu barədə xəbərdarlıq edib.

ABŞ-da koronavirusla əlaqəli 350 mindən çox ölüm halı qeydə alınıb.

Ölkənin cənazə evləri xidmət tələbatını təmin etməkdə çətinlik çəkir.

İctimai sağlamlıq rəsmilərinin dediklərinə görə, tətil mövsümünün ardınca qarşıdan gələn həftələr ərzində yoluxma hallarının artacağı gözlənilir.

ABŞ-da 13 milyondan çox koronavirus peyvəndi paylansa da, 4.2 milyon insan vaksin qəbul edib.

Bu prosesdən təsirlənən ştatlar federal hökumətdən vaksinlərin əhaliyə daha yaxşı çatdırılmasına dair heç bir təlimat almadıqlarını bildirib.

New York Times qəzetinin yazdığına görə, Kaliforniyadakı iyirmi beş həbsxanada ayrı-ayrılıqda 1000-dən çox koronavirus infeksiyası qeydə alınıb və infeksiya nisbəti yüksək olan həbsxanalardan heç birinin ştatın həbsxana peyvənd proqramına salınması planlaşdırılmır.

Qəzet infeksiyanın ən çox yayıldığı Avenal həbsxanasında 3500-dən çox yoluxma halının qyedə alındığını yazır.

Keçmiş CNN tok-şousunun aparıcısı Larri Kinqin də Los Ancelesdəki bir xəstəxanada COVID-19 müalicəsi aldığı bildirilib.

XS
SM
MD
LG