Accessibility links

Araşdırma: Koronavirus dünya miqyasında ömürləri qısaldır


Yeni beynəlxalq araşdırmaya görə, COVID-19 pandemiyası keçən il bütün dünyada ömür uzunluğunu qısaldıb.

Oksford Universitetinin ictimai səhiyyə professoru Nazur İslamın başçılıq etdiyi tədqiqatçılar qrupu 2005-2019-cu illərdən etalon kimi istifadə edərək, orta və yüksək gəlirli 37 ölkədə ömür uzunluğundakı dəyişiklikləri araşdırıb və ölənlərin yaşlarını müqayisə edib.

BMJ elmi jurnalında bu həftə dərc edilən araşdırmaya görə, Rusiyada ömür uzunluğunun ən çox azaldığını, kişilərin 2,33, qadınların isə 2,14 il itirib. İkinci yerdə kişilər 2,27, qadınlar isə 1,61 il yaş itirməklə ABŞ, üçüncü yerdə qərarlaşıb. Bolqarıstan kişilərin 1,96, qadınların isə 1,37 il yaş itirməsi ilə üzləşib.

Ümumilikdə 31 ölkədə həyatlar qısalıb. Tədqiqatçıların fikrincə, bu ölkələrin əhalisi təxminən 28 milyon əlavə ömür itirib.

Altı ölkə - Danimarka, İslandiya, Yeni Zelandiya, Norveç, Cənubi Koreya və Tayvan tədqiq edilənlər arasında ömür uzunluğunun ya artdığı və ya eyni səviyyədə qaldığı yeganə ölkələrdir.

Tədqiqatçılar Asiya, Afrika və Latın Amerikasının əksər ölkələrinin məlumat çatışmazlığı səbəbindən tədqiqata daxil edilmədiyini, yəni pandemiyadan ölüm hallarının həqiqi sayının daha yüksək olduğunu bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, 2019-cu ilin sonunda Çinin mərkəzində ilk hallar aşkar edildikdən bəri pandemiya 5 milyondan çox insanın həyatına son qoyub. ABŞ 750 430 nəfərlə COVID-19 ölümlərinə görə dünya lideridir.

Ərzaq və Dərman Administrasiyası (FDA) artıq 5-11 yaşları arasında uşaqlar üçün yeniyetmələr və yetkinlərə vurulan dozanın üçdə birinə bərabər peyvəndi artıq təsdiqləmişdi. Lakin FDA-ın təsdiqlədiyi vaksinləri ABŞ-ın Xəstəliklərə və Nəzarət Mərkəzi (CDC) tövsiyə etməlidir.

CDC direktoru Dr. Roşel Valenski bu açıqlamanı məsləhət komitəsinin Pfizer-in peyvəndinin həmin yaş qrupundakı 28 milyon uşağa tətbiqə dair yekdil qərarından sonra verib.

Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Ceff Ziyents bazar ertəsi jurnalistlərə bildirib ki, hökumət artıq 28 milyon uşağın aşılanmasına başlamaq üçün ölkə daxilində 20,000-dən çox həkim ofisinə, aptekə və müxtəlif sağlamlıq klinikalarına doza göndərməyə başlayıb.

COVID-19-la bağlı brifinq zamanı qrupun koordinatoru Cef Ziyents Ağ Evin həftələrdir bu ana hazırlaşdığını deyib. O demək olar ki, iki həftə əvvəl rəsmilərin ştatlarla əlaqə saxladığını və peyvənd üçün ilkin sifarişlərin alındığını bildirib.

Atlantada yerləşən kabel xəbərlər şəbəkəsi CNN-in verdiyi məlumata görə, Pekində 1 milyondan çox insan Pekin 2022 Qış Olimpiya Oyunlarında könüllü işlər üçün müraciət edib.

Fevral ayında keçirilməsi planlaşdırılan oyunlara həvəs Çində davam edən COVID-19 yoluxmalarının artmasına baxmayaraq, yüksək səviyyədədir.

Bu da səlahiyyətliləri yoluxmaları dayandırmaq üçün geniş sınaq və ciddi qapanmaları ehtiva edən "sıfır-COVID" siyasətinin tətbiqinə vadar edə bilər.

Pekin Qış Olimpiya Oyunlarının təşkilatçıları oyunları idmançıların və digər iştirakçıların yerli sakinlərdən karantinə alınacağı “COVID-təhlükəsiz köpüyü”ndə keçirəcək. Bundan əlavə, oyunlara tamaşaçı qismində yalnız Çin materikinin sakinləri qatıla biləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG