Accessibility links

Cosep Borrell: Əfqanıstan böhranı sürətli reaksiya qüvvələrinə ehtiyac olduğunu göstərir


Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell təşkilata üzv hökumətlərin gələcəkdə Əfqanıstan kimi böhranlara daha sürətlə reaksiya vermək üçün Avropanın hazır olmalı olduğunu deyib.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell təşkilata üzv hökumətlərin gələcəkdə Əfqanıstan kimi böhranlara daha sürətlə reaksiya vermək üçün Avropanın hazır olmalı olduğunu deyib.

Bazar ertəsi İtalyanın II Corriere Della Sera qəzetində nəşr olunan müsahibəsində Borrell deyib ki, təhlükəsizlik vəziyyəti pisləşdiyi üçün ABŞ-ın qoşunlarını qısa müddətə Əfqanıstana yerləşdirməsi Avropa İttifaqının da ümumi bir müdafiə siyasəti qurmaq səylərini sürətləndirməsinə işarədir.

"Bu təcrübədən dərs almalıyıq. Avropalılar olaraq bölgənin təhlükəsizliyini təmin etmək üçün Kabil hava limanına 6000 əsgər göndərə bilmədik. Bunu biz yox, ABŞ etdi"- deyə, Borrell bildirib.

Borrell deyib ki, 27 üzvü olan Avropa İttifaqının 5000 əsgərdən ibarət "ilkin müdaxilə qüvvəsi" olmalıdır. O, "biz tez hərəkət etməyi bacarmalıyıq" deyib.

Almaniya və Fransa da daxil olmaqla, Avropa İttifaqının 14 ölkəsi may ayında təcili yardıma ehtiyacı olan demokratik hökumətlərə yardım üçün mümkünsə gəmi və təyyarələrə sahib bir ordunun təşkil edilməsini təklif edib.

İlk dəfə bu məsələ 1999-cu ildə Kosovo müharibəsi ilə əlaqədar müzakirə edilmiş və 2007-ci ildə hər biri 1500 nəfərdən ibarət birgə döyüş qrupları sistemi qurulmuşdu. Lakin Avropa İttifaqı hökumətlərinin onlardan necə və nə vaxt istifadə ediləcəyi barədə fikir ayrılığına görə, həmin qüvvələrdən istifadə edilməyib.

XS
SM
MD
LG