Accessibility links

Texnoloji ideyaların müzakirə edildiyi kafe [Video]


Texnoloji ideyaların müzakirə edildiyi kafe
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Silikon Vadisi dünyanın texnologiya sənayəsinin episentridir. Bəs Silikon Vadisinin episentri haradır? Yəgin ki, bura… İlk baxışdan adi bir kafeyə bənzəyən bir yer.

Texnologiya icması üçün Coupa Café Silikon Vadisində yenicə yaranan və ya artıq oturuşmuş şirkətlərin əməkdaşlarının görüş yeridir. Onlar burada, öz qəhvələrini rəqəmsal valyuta olan bitkoin ilə alır və sərmayeçilərə öz ideyalarını satmağa çalışırlar.

“Mən xatırlayıram ki, Mark Zukerberq bura gələrək, iş görüşmələri keçirirdi.”

“Bir dəfə Google təsisçisi Sergey Brin bura gəlmişdi və müştərilər onun şəkil çəkdirib, Tvitterdə paylaşımlar edirdilər.”

Venesuelada doğulmuş Pol Kupal bu kafeni anası və bacısı ilə bərabər açıb. Məqsədləri keyfiyyətli qəhvəni əlverişli qiymətə təklif etmək və Venesuelanın oqranik mətbəxini təqdim etməkdir.

“Biz çalışırıq ki, burada ev ab-havası yaradaq ki, insanlar özlərini rahat hiss etsinlər. Biz dünyanın müxtəlif yerlərindən gətirilən xüsusi qəhvə növləri ilə, Venesuela şirniyyatı ilə tanınırıq.”

Gözəl bəzədilmiş divarlara və ləziz mətbəxə əlavə olaraq, buradakı havada sanki bir səs var. Bu səs espresso maşının səsi deyil. Dünyanın onlayn biznesi burada toplaşır. Hətta kafedə düzgün zamanda, düzgün masada əyləşsən, böyük bir layihənin bir parçası ola bilərsən.

“Burada qəhvə içməklə, ya da biznes görüşmələri keçirməklə, mən hətta iki yeni qurulan şirkətdən onların müşaviri olmaq təklifi aldım. Bu, Coupa Café-dəki ab-havanı izah edəcək nümunələrdən biridir.”

Stanford Universitetin və digər kolleclərin yaxınlıqda olduğunu nəzərə alsaq, bura, texnologiya ilə maraqlanan tələbələr üçün imkan yeridir.

“Mən hal-hazırda burada oturub, kodlaşdırmanı öyrənirəm. Kim mənim nə etdiyimi görsə və köməyini təklif etsə, imtina etmərəm.”

“Çoxlu startap nümayəndələri bura tez-tez gəlir və burada çalışmağı sevir. Biz Coupa Café-də əsası qoyulmuş tanınmış məhsullar tanıyırıq.”

Bu kafenin uğurunun sirri yəgin ki, düzgün zamanda, düzgün yerdə, düzgün təkliflə çıxış etməsindədir. Hələlik isə, Coupa Cafe bütün Silikon Vadisinə səs küy salmış bir məkandır.

XS
SM
MD
LG