Accessibility links

COVID-19 diabet riskini artırır


COVID-19-un insulin ifraz edən orqana mənfi təsir göstərdiyi və bəzi xəstələrin diabetin inkişafına daha həssas olduğu aşkar edilib.

İtaliyadakı Siena Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar virusun mədəaltı vəzin insulin ifraz edən hüceyrələrinə hücum edərək, bu hüceyrələrin səthindəki bir fermenti hədəf aldığını göstərib.

New York Weill Cornell Medicine-də aparılan digər bir araşdırma COVID-19-un insulin ifraz edən Beta hüceyrələrinə də hücum etdiyini və bədənin qlükoz səviyyəsini tənzimləyən hormon insulininin ifraz qabiliyyətini azaltdığı müəyyən edilib.

Vatikan çərşənbə axşamı günü elan edib ki, oktyabrın 1-dən etibarən bütün işçiləri COVID-19 əleyhinə peyvənd vurmalı və ya virus üçün mənfi test nəticələrini sübut etməlidirlər.

Amerikanın United Airlines hava yolları şirkəti ABŞ-da işləyən 67000 nəfərlik işçi qüvvəsinin 97 faizinin bazar ertəsinə qədər COVID-19 peyvəndinin azı bir dozasının vurdurması üçün şirkətin tapşırığını yerinə yetirdiyini bildirib.

Hava yolları şirkəti çərşənbə axşamı sağlamlıq səbəbindən və ya dini azadlıq nümayəndələrinin peyvənd almaqdan imtina edən 593 işçinin (işçi qüvvəsinin 1%-sən azı) itaətsizliyə görə işdən çıxarılacağını bildirib.

Nyu York ştatının rəsmiləri səhiyyə işçiləri üçün peyvənd mandatının müvəffəqiyyətiə həyata keçirildiyini deyib.

Ştatın 650000-dən çox xəstəxana və qocalar evi işçilərinin təxminən 92 faizinə COVID-19 peyvəndinin azı bir dozası vurdurub.

XS
SM
MD
LG