Accessibility links

COVİD-19 statistikası: 412 nəfər yoluxub, 7 nəfər, o cümlədən bir jurnalist vəfat edib


İyulun 28-də COVİD-19 statistikası
İyulun 28-də COVİD-19 statistikası

İyulun 28-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6 555 nəfərdir.

Əmrah Fəqanoğlu
Əmrah Fəqanoğlu

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.

Bu gün İctimai Telelviziyanın redaktoru Əmrah Fəqanoğlu koronavirus diaqnozu ilə xəstəxanada vəfat edib.

İnidyədək COVİD-19-a iyirmidən çox jurnalist yoluxub. Azərbaycan Dövlət Televiziyasının iki jurnalisti də koronavirusdan vəfat edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində avqustun 5-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG