Accessibility links

İspaniyada COVİD-19-a yoluxma halları artır


İspaniyada koronavirus hallarının üçdə bir hissəsinin qeyd edildiyi paytaxt Madriddə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə yeni məhdudiyyətlər tətbiq edilib.

Avropada ciddi qapanmalara baxmayaraq, İspaniya Qərbi Avropada bazar ertəsi günü 500 mindən artıq yoluxma halları ilə birinci yerdə olub.

Sentyabrın 8-də bu göstərici 525 min olub. Hər 100 min nəfərə 255.9 yoluxma halı düşən bu ölkə bir zamanlar pandemiyanın ən ağır təsirinə məruz qalan Britaniyadan 32.2, Fransadan 125,2, İtaliyadan 30.6 hal irəlidədir.

Yeni məhdudiyyətlər

6.6 milyon əhalisi olan və məhəllərində əhalinin sıx yaşadığı Madriddə bağlı və açıq yerlərdə sosial yığıncaqlara 10 nəfərdən artıq adam toplaşmamalıdır.

Yoluxma hallarının əksəriyyəti ailə yığıncaqları və gənclərin içmək üçün bir yerə toplaşmaları zamanı müşahidə edilib.

Barlar, kafelər, toylar və yas mərasimlərinində də insanların sayı azaldılıb.

Yoluxmaların son dalğası əvvəlki qədər ölümcül deyil. İnfeksiya hallarının da ötən həftə ilə müqayisədə azaldığı bildirilir.

Aprel ayında bu ölkədə bir gündə 900 ölüm halı qeydə alınmışdı.

İspaniya hökumətinin indi daha çox və daha yaxşı testlərdən keçdiyi üçün yoluxmaların əksəriyyətinin müəyyənləşdirdiyinə israr etsə də, ekspertlər regionda pandemiyanın artıq ikinci dalğasının başlandığını deyir.

Rəsmilər eyni zamanda koronavirusa yoluxanların yarısından çoxunda heç bir simptom olmadığını, buna görə də yazda epidemiya zirvədə olduğu vaxtla müqayisədə xəstəliklə mübarizə aparan xəstəxanaların hazırda daha az xəstəsi olduğunu bildirir.

Ekspertlərin fikrincə, 8 milyon uşağın məktəblərə və ispanların işlərinə qayıtması kimi bir çox mürəkkəb faktor ölkənin nailiyyətlərini sıfıra endirə bilər.

“Çox ciddi məhdudiyyətlər tətbiq etmişdik. Lakin çox tez bir zamanda ailə birləşmələrinə meyillik məhdudiyyəyləri aradan qaldırıldı - deyə, Miqel Hernandez Universitetinin ictimai səhiyyə üzrə professoru İldefenso Herrnandez Amerikanın Səsinə bildirib.

O, regional rəsmiləri ölkə boyu məhsul olan yerlərə səyahət edən meyvə toplayan miqrantlara reaksiyasına görə günahlandırıb. Onların bir çoxları sosial distansiyanın saxlanması mümkün olmayan yerlərdə sıx yaşayır.

“Kataloniya və Araqonun bəzi rəsmiləri bu insanlara adekvat şərait yarada billməyib“ , Hernandez qeyd edib.

Ağırlaşan vəziyyət

Madriddə COVID-19-a görə tutulmuş xəstəxana yataqları 18 faiz təşkil edir. Ölkə boyu isə bu göstərici 7 faizdir.

“Madriddəki vəziyyət narahatlıq doğurur. COVİD-19 xəstələrinin saylarının artması digər cərrahiyyə əməliyyatlarının aparılmasına təzyiq göstərir“ - deyə Hernendez əlavə edib.

Təhlilçilərin dediyinə görə, İsraniyada idarəçilik sisteminin zəifliyi əsas faktorlardandır.

Səhiyyə və təhsil cavabdehliyinin 17 regional hökumət üzərinə düşən bu ölkə Avropada ən məzkələşdirilməmiş hökumətidir dövlətdir.

İnfeksiya ağırlaşmalarının qarşısının alınması üçün İspaniya 2000 təkmillədirilmiş əsgəri regionlara yardım üçün səfərbər edib.

Səhiyyə naziri Salvador İlla narahatlıqları azaltmağa çalışıb. O deyib ki, xəstəxana yataqları baxımından situasiya mart və aprel aylarında olduğu kimi deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG