Accessibility links

COVID-ə yoluxmalar Suriyanın konstitusiyası ilə bağlı müzakirələri təxirə salıb


BMT vasitəçiliyi ilə müharibə şəraitində olan Suriya üçün yeni konstitusiyanın hazırlamasına dair danışıqlar 45 üzvdən ibarət konstitusiya komitəsinin dörd nümayəndəsinin COVID-19 testlərinin müsbət çıxması ilə bir gün sonra dayandırılıb.

Danışıqlar gündəmlə bağlı fikir ayrılıqları və daha sonra koronavirus pandemiyası nəticəsində qoyulan məhdudiyyətlər səbəbindən doqquz aylıq fasilədən sonra bazar ertəsi başlamışdı.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsinin sözçüsü Cenifer Fenton danışıqlarda iştirak edən konstitusiya komitəsinin üzvlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü deyib.

“Komitə üzvləri səyahət etmədən əvvəl test veriblər və cavabları mənfi olub. Cenevrədə keçirilən testlər, əlbəttə ki, əlavə bir ehtiyat tədbiri idi" deyə, Fenton qeyd edib. "Görüş zamanı virusun yayılmasının qarşısını almaq üçün bütün tədbirlər həyata keçirilib ...Üçüncü sessiya hazırda dayandırılıb və xüsusi elçi növbəti addımlarla və prosesin bundan sonra necə irəlilə gedəcəyi ilə bağlı məsləhətləşmələr aparır."

Danışıqlardan əvvəl BMT-nin xüsusi elçisi Geyir Pedersen görüşün Suriyanın münaqişəli tərəfləri arasında etimadın qurulmasına və daha geniş bir siyasi prosesə qapı açmasına kömək edə biləcəyini deyib. Konstitusiya layihəsi BMT-nin vasitəçiliyi ilə Suriyada münaqişə sonrası hökumət üzərində seçkilərin keçirilməsi üçün mühüm hesab olunur.

Fenton deyir ki, BMT dərhal İsveçrə hökumətinə komitə üzvlərinin testlərinin müsbət nəticələndiyi barədə məlumat verib. Onun sözlərinə görə, hər hansı bir riski azaltmaq üçün tədbirlər görülüb və yoluxmuş insanlarla yaxın təmasda olduğu güman edilən hər kəs müəyyən etmək üçün işlər aparılır.

"Elçi Komitə üzvləri və digər həmsöhbətlərlə qarşılıqlı əlaqəsi zamanı tövsiyə olunan bütün təhlükəsizlik tədbirlərinə riayət edib," deyə Fenton qeyd edib. "Onu özünü karantinə alması tövsiyyə olunmayıb ... Test nəticələri müsbət olanlar karantindədirlər" deyə, o əlavə edib.

Rəsmilər, bütün üzvlərin otel otaqlarında 2-10 gün arasındakı müddətdə karantində olduqlarını bildirib. Bu müddət ərzində onlar bir-biri və BMT-nin xüsusi elçisi ilə virtual olaraq ünsiyyət quracaqlar.

XS
SM
MD
LG