Accessibility links

Hesabat: COVID-19 Əfqanıstanda səhiyyə fəlakətinə səbəb ola bilər


ABŞ Konqresinə göndərilən hesabatda gələcək aylarda Əfqanıstanın koronavirsla əlaqəli səhiyyə fəlakəti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edilir.

ABŞ-ın Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi Müfəttişinin (SIGAR) apreliln 30-da təqdim etdiyi hesabatında pandemiyanın Birləşmiş Ştatların vasitəçiliyi ilə dayandırılmış sülh səylərini ləğv edə biləcəyinə dair narahatlıqlara diqqət çəkilir.

Hazırda COVID-19-un sürətlə yayılması Əfqanıstana ciddi təsir göstərir.

"Əfqanıstadakı zəif səhiyyə sistemi, geniş yayılmış ərzaq çatışmazlığı problemi, qorunmayan sərhədlər, ölkədaxili kütləvi axili köç, İranla qonşuluq və davam edən münaqişə ölkənin qarşıdakı aylarda sağlamlıq fəlakəti ilə üzləşəcəyini güman etməyə əsas verir " - deyə, hesabatda qeyd olunur.

Pandemiya sərhədlərin bağlanmasına səbəb olduğu üçün ölkəyə gətirilən ticarət və humanitar tədarüklərin daşınmasının qarşısı alınıb.

Digər tərəfdən ABŞ-ın Əfqanıstanda xərclədiyi milyardlarla dolları izləyən SIGAR xəbərdarlıq edir ki, artan ərzaq qiymətləri böhran səbəbi ilə daha da pis vəziyyətin yaranmasına səbəb olacaq.

Hazırda Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən yerli xəbər qaynaqları ölkədə koronavirusa 2200 yoluxma və 64 ölüm halı olduğunu bildirir.

XS
SM
MD
LG