Accessibility links

Olimpiya məşəli COVID-19-a yoluxmaların artdığı Tokioya gəlir


Tokionun şəhər rəhbərliyi çərşənbə günü Yaponiyanın paytaxtında COVID-19-a yoluxmaların artması səbəbindən ikonik Olimpiya məşəlinin ötürülməsi mərasiminin şəhərin ümumi yollarından kənarda həyata keçiriləcəyini açıqlayıb.

Estafet ötürən qaçışçılar məşəl şəhərə çatdıqdan sonra cümə günü mərasimi qapalı formada həyata keçirəcək.

Mərasimin ictimai hissəsi yalnız Tokio sahillərində bir qrup kiçik adada baş tutacaq.

Bununla əlaqədar təşkilat komitəsi ictimaiyyətdən oyunların son günlərində baş tutacaq marafon yarışlarına tamaşa etməmələrini xahiş edəcək.

Qarşıdan gələn Tokio Olimpiadası ilə bağlı son məhdudiyyətlər təşkilatçılar və hökumət rəsmilərinin 23 iyul açılış mərasimində izləyicilərin sayını yalnız bir neçə qonaq və olimpiya rəsmisi ilə məhdudlaşdırmağı düşündükləri bir vaxtda tətbiq edilir.

Asahi Shimbun qəzetinin yazdığına görə, bu addım ziyarətçilərin böyük yerlərdə və gecə vaxtı tədbirlərə qatılmasını qadağan etməyi də əhatə edən daha böyük planın bir hissəsidir.

Tokio Olimpiadasının təşkilatçıları xəbərdarlıqlara baxmayaraq, yarışların baş tutacağı böyük yerlərdə tutumun 50 faiz və ya 10 min nəfərlə məhdudlaşdırılan tamaşaçı izdihamı ilə keçiriləcəyini bildirir.

Asahi Shimbun qəzeti icazə verilən tamaşaçı sayında düzəliş edilməsi barədə dəyişikliklərin Beynəlxalq Olimpiya Komitəsi ilə hökumət və rəsmilər arasında müzakirə ediləcəyini bildirir.

Yaponiyanın paytaxtı və digər ərazilərdə COVID-19-a yoluxmaların artması səbəbindən bir çox vilayətlərdə aprel ayından bəri məhdudiyyətlər tətbiq edilib.

Əcnəbi tamaşaçıların oyunlara qoşulması əvvəldən qadağan edilib.

XS
SM
MD
LG