Accessibility links

Dünya iqtisadiyyatının tənəzzülə doğru getdiyi güman edilir


İqtisadçılar dünya iqtisadiyyatının tənəzzülə doğru getdiyini güman edir
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Wall Street-də indekslər bazar ertəsi yenə düşüb və bu səbəblə son həftələrdə bazarda yaşanan çaxnaşmanın qarşısını almaq üçün satış dayandırılıb. Bazar ertəsi də Wall Street-də yenə itkilər baş verib. ABŞ-ın Federal Ehtiyat Bürosunun faiz dərəcələrini kəskin aşağı salması isə investorların qlobal tənəzzüllə bağlı narahatlıqlarını aradan qaldırmayıb.

Bir çox sahələrdə iqtisadi fəallıq yavaşladığı üçün dünya boyu sənayelər maliyyə şokları ilə üzləşir.

Göstəricilər dünya iqtisadiyyatının 2020-ci ildə tənəzzülə uğrayacağına işarə edir. Bu təkcə Çin, Yaponiya, İtaliya və Almaniyada baş vermir. Zəif iqtisadi artım bütün dünyada müşahidə olunur.
Vilyam Hoqland

“Hazırda hər şey durğundur. Yeni rezervasiyalar yoxdur. Çox sayda insan bronları ləğv edir və demək olar mart ayında heç bir biznes olmayacaq. Bir sözlə şəhərdə ictimai həyatda durğunluq yaşanır,”Vyana Turizm Şurasının direktoru Norbert Kettner deyir.

Bu iqtisadi durğunluq kiçik bizneslərə də təsir göstərir. Onlardan biri də eynək mağazasıdır.

“Artıq neçə gündür heç bir satışımız olmayıb. Mən buna görə qəzəbli deyiləm. Durğunluq gözlənilir. Dörd həftə boyu hər kəs evdə olacaq. Bu, ailələrin xeyrinə olacaq. Bununla virus yoxa çıxacaq və hər şey normal vəziyyətə qayıdacaq,” mağazanın sahibi Norbert Giarolli deyir.

Amma bu normal vəziyyət yaxın zamanlarda gözlənilmir və iqtisadi fəallıq koronavirus halları Avropa və Şimali Amerikada azalandan sonra belə yavaş qala bilər.

“Göstəricilər dünya iqtisadiyyatının 2020-ci ildə tənəzzülə uğrayacağına işarə edir. Bu, təkcə Çin, Yaponiya, İtaliya və Almaniyada baş vermir. Zəif iqtisadi artım bütün dünyada müşahidə olunur,” İkipartiyalı Siyasət Mərkəzinin vitse-prezidenti Vilyam Hoqland bildirir.

Məhsul və xidmətlərə zəif tələbatın uzun müddət davam etməsi kiçik biznesləri məhv edə bilər.

“Bizim iniyədək müştərimiz gəlməyib. Mən mağazanı bağlamağı düşünürəm. Mən dolanışıq əldə etmək üçün başqa iş axtarmağı nəzərdən keçirirəm, çünki bu xəstəliyə görə müştəri yoxdur, bütün rezervasiyalar ləğv olunub, uçuşlar dayandırılıb. Allah hər birimizə kömək olsun,” suvenir mağazasının sahibi Ammar Cuini deyir.

Bazardakı itkilər çətin vəziyyət yaradır. Mən hər kəsə səbrli və sakit olmağı məsləhət görərdim və düşünürəm ki, uzun müddətli investorlar bəzi alış imkanlarına nəzər salmalıdırlar. Mən təkcə bunu deyə bilərəm. Mən müdrik deyiləm və gələcəklə bağlı proqnoz verə bilmərəm.
Larri Kudlov

Bəzilərinin isə ümidi yoxdur.

“Turizm yoxdur. Heç nə yoxdur. Bu xəstəlik insanlar üçün fəlakət oldü. İnsanların artıq ərzaq almağa imkanları yoxdur. İnsanlatın ehtiyacları var və nə edəcəklərini bilmirlər. Onlar vəziyyətin hansı istiqamətə doğru getdiyini bilmirlər,” fayton sürücüsü Ramazan söyləyir.

Hər yerdə, o cümlədən Ağ Evdə də qeyri-müəyyənlik mövcuddur. Ağ Evin iqtisadi müşaviri Lari Kudlov:

“Bazardakı itkilər çətin vəziyyət yaradır. Mən hər kəsə səbrli və sakit olmağı məsləhət görərdim və düşünürəm ki, uzun müddətli investorlar bəzi alış imkanlarına nəzər salmalıdırlar. Mən təkcə bunu deyə bilərəm. Mən müdrik deyiləm və gələcəklə bağlı proqnoz verə bilmərəm.”

ABŞ hava yolları koronavirusun təsirlərinə qarşı mübarizə aparmaq üçün federal hökümətdən 50 milyard dollarlıq yardım istəyir. Senat isə COVID-19-un amerikalı işçilərə və bizneslərə təsirini azaltmaq üçün iqtisadi yardım paketi ilə bağlı müzakirələri davam etdirir.

XS
SM
MD
LG