Accessibility links

Uşaqlarda Kavasaki sindromunun COVİD-19-la əlaqəsi varmı?


Britaniya, İtaliya və İspaniya həkimlərinə yeni koronavirusla əlaqəli uşaqlarda nadir bir iltihab xəstəliyi etimalı barədə xəbərdarlıq edilib.

Bu həftənin əvvəlində Britaniyanın Uşaq İntensiv Terapiya Cəmiyyəti həkimlərə son üç həftədə çoxsistemli iltihablı uşaqların sayının artdığını və ölkə daxilində reanimasiyaya ehtiyac olacağını bildirib. Təşkilat uşaqlarda ya COVID-19-la əlaqəli sindromun və ya virusun fərqli, naməlum bir xəstəliyə səbəb ola biləcəyinə dair narahatlıqların olduğunu deyib.

"Biz çox az sayda uşağın COVID-19-a yoluxub ağır xəstə ola biləcəyini artıq bilirik. Lakin bu çox nadir halda baş verə bilər. Yeni xəstəliklər bizi təəccübləndirəcək şəkildə fərqli ola bilər. Buna görə də həkimlər ortaya çıxan bütün simptomlardan xəbərdar olmalıdır" - deyə, Kral Pediatriya və Uşaq Sağlamlığı Kollecinin prezidenti Rassel Viner bildirib.

Uşaqlarda toksik şok sindromu və ya nadir qan damar xəstəliyi olan Kavasaki xəstəliyinin əlamətləri olduğu da bildirilib. Az sayda uşaqda COVID-19 aşkar edilib və bu səbəbdən alimlər bu nadir simptomların yeni koronavirus və ya başqa bir səbəbdən əmələ gəlib gəlmədiyindən əmin deyillər. Səhiyyə rəsmilərinin dediyinə görə, Britaniyada təxminən 10-20 arasında belə hallar olub və Britaniya Milli Səhyyə Mərkəzi (NHS) təcili olaraq bunun araşdırıldığını bildirib.

İspaniyanın Pediatriya Assosiasiyası bu yaxınlarda həkimlərə oxşar hallar barədə xəbərdarlıq edib. Son bir neçə həftə ərzində məktəb yaşındakı bir çox uşaqda mədə-bağırsaq simptomları ilə müşayiət olunan qeyri-adi qarın ağrısı olub ki, bu bir neçə saat davam etdikdə qan təzyiqinin aşağı düşməsi və ürək problemləri ilə nəticələnə bilər.

İtaliyanın Qaslini xəstəxanasının həkimi və İtalya Pediatrlar Cəmiyyətinin üzvü Ancelo Ravelli belə narahatlıqlarla bağlı 10 min həmkarına məlumat görndərib. Onlar bəzi uşaqların COVID-19-a yoluxduğu və ya təsdiqlənmiş virus halları olan insanlarla əlaqədə olduqlarını bildirərək, Kavasaki xəstəliyi olan uşaqların sayının qeyri-adi dərəcədə artdığını bildirib.

Britaniya Milli Səhyyə Mərkəzinin məlumatında Kavasaki simptomlarına 5 gün və ya daha çox davam edən yüksək temperatur, səpki və boyundakı vəzlərin şişməsinin də daxil olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı qlobal həkimlər şəbəkəsinin uşaqlarda koronavirusla əlaqəli hər hansı yeni sindrom haqqında daha çox məlumat toplamağa çalışdığını bildirsə də, bu barədə rəsmi məlumat almadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG