Accessibility links

COVID-19 peyvəndi vurdurdum, bəs sonra?


COVID-19 peyvəndi vurdurdum, bəs sonra?
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Ola bilər ki, sizə artıq COVID-19 peyvəndi tətbiq olunub. Lakin bu sizə maskaları bir kənara atmağa və sosial məsafə saxlamamağa imkan vermir. Bunu həkimlər deyir. Bütün təhlükəsizlik tədbirlərinə hələ ki, əməl olunmalıdır.
Terapevt Tamar Sivaslian deyir ki, "Mən bir reabilitasiya xəstəxanasında işləyirəm. Orada COVID-19 tutub sonra sağalan, lakin uzun müddət yataq xəstəsi olduğu üçün hələ də oksigenə ehtiyacı olan xəstlələri müalicə ediəm. Ona görə də hələ də maska siyasətimiz dəyişməyib. Biz hələ də N95 maskası geyinir, sosial məsafə saxlamağa davam edirik".

Çünki həkimlər peyvənd vurulmuş insanların virusu yayıb yayamadığının bəlli olmadığını bildirir.

İnsan Haqları üçün Həkimlər təşkilatının tibbi direktoru Mişel Heisler deyir ki, "Ola bilər ki, bədəninizdə sizi xəstələndirməyən kiçik bir miqdarda virus olsun Lakin siz öskürdükdə, asqırdıqda və ya danışdığınız zaman yaxınlığınızdakı insanı yoluxdura bilərsiniz".

Həkimlər peyvəndlənmiş insanların bütün təhlükəsizlik tədbirlərinə davam etməsinə çağırır.

Vanderbilt Univeritetinin Proffesoru Viliam Şaffner fikrincə "Biz ictimayət arasında maska taxmağın təbliğ olunmasının davam etməsini istəyirik. Bəzi insanlar maska taxıb bəziləri maskasız gəzə bilməz. Bu, çox qarışıqlıq yaradacaq. Maska taxmaq bir müddət hələ ki, sosial cəhətən normal bir şey kimi qəbul olunmalıdır. Biz sizə maskaların nə vaxt kənara atılmalı olduğunu deyəcəyik".

Həkimlər həmçinin qeyd edir ki, vaksinin tək dozu kiminsə bir daha yoluxmayacağına zəmanət vermir. Və virusun mutasiya etməkdə olan yeni növlərinə qarşı da ehtiyyatlı davranmaq lazımdır.

Mişel Heisler deyir ki, "Mövcud peyvəndlərin təsirli olması ilə əlaqədar sübutlar var. Lakin narahatlıq doğuran odur ki, yüni sübtlar pevəndlərin Cənubi Afrika variantına qarşı ola bilsin ki, effetiv olmadığını göstərir".

Alimlər həmçinin peyvəndin hansı müddətə qədər təsirli olduğunu da bilmir. Lakin bununla belə bəzi məhdudlayıcı tədbirlər yumuşaldıla bilər.

Viliam Şaffner bildirir ki, "Tutaq ki, siz nənə-babanız və digər qohumlarınızla bir yerə yığışırsınız. Əgər onlar və siz peyvənd vurdurmusunuzsa, onda təhülkə olmaya bilər. Lakin əgər onlar peyvədnd vurdurub siz vurdurmamısınızsa onları ziyarət edə bilərsinizmi? Dəyərdim ki bəli, edə bilərsiniz amma yenə də ehtiyyatlı olmalısınız".

Həkimlər həyatın pandemiyadan əvvəlki normal vəziyyətə nə vaxt qayıdacağını hələ ki, dəqiq deyə bilmir. Lakin ilkin olaraq onlar mümkün olduqca daha çox insanın vaksinasiyasının vacib olduğunu vurğulayır.

XS
SM
MD
LG