Accessibility links

COVID-19 peyvəndləri Çinə Balkanlarda nüfuzunu artırmağa kömək edəcəkmi? 


COVID-19 peyvəndləri Çinə Balkanlarda nüfuzunu artırmağa kömək edəcəkmi?
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Macarıstan Çin ishteshalı Sinopharm vaksini alan ilk Avropa İttifaqı ölkəsidir. Çin isə öz növbəsində Montaneqroya 30 min doz peyvənd ianə etməyə söz verib. Hansı ki, artıq Serbiya bu vaksindən 1,5 milyon doza alıb.

Humanitar məsələlər bir yana regional müşahidəçilər Çinin Balkanlardakı səylərinin bir növ peyvənd diplomatiyası olduğunu deyir.

Atlantik Şusarsından Damir Marusic bildirir ki, "Düşünürəm ki, Avropanın özünü bölgəyə kömək edə biləcək bir oyunçu kimi göstərməməsi uzun müddətə zərərli olacaq. Biz gördük ki, Sebiya necə vaksin almaq üçün Rusiya və Çinə üz tutdu və bütün bu vaksinlərdən aldı. Bununla da Serbiya uzun illərdir bu məsələnin balansı olmasını, yalnız Avropa və Qərbə həsr edlilməməli olduğunu deyərək ağıllı addım atdı. Düşünürəm ki, vaksinlər məsələsində yalnız özünün həlledici rola malik olduğunu düşünən Qərb böyük səhvə yol verir və indi Çin və Rusiya bu məsələdə qalibdir".

Bosniya və Hersoqovina federasiyası iki muxtar əyalətindən yalnız birində vaksinasiyaya başlayıb. Ənənəvi olaraq Rusiyaya yaxın olan Spraska Respublikası az miqdarda Rusiyanın Spunik V vaskinini sifariş edib və gələcəkdə daha çox almağı planlaşdırır.
Onlar həmçinin Çindən də peyvənd almaq üçün ilkin razılığa gəlib. Digər Bosniya muxtar əyaləti (Bosniya Hersoqovina Federsasiyası) isə hələ ki, Covax sisteminə güvənir və heç bir doz əldə etməyib.

Yoluxucu xəstəliklər üzrə mütəxsis Bakir Nakas deyir ki, "Pandemiya dövründə hər şeyin yaxşı olacağı bir vədə güvənmək və ikinci, üçüncü alternativlərin olmaması tam məsuliyyətsizlikdir".

Lakin Qərb istehsalçılarından fərqli olaraq bu peyvəndlərin keyfiyyəti barədə məlumatın olmaması bəzi mütəxəssislərin narahatlığına səbəb olub. Bir çoxları Çinin nüfuz qazanmaq və özünün avtoritar sisteminin Qərb demokratiyasından daha təsirli olduğunu göstərmək üçün peyvənd paylanmasından istifadə etdiyinə inanır.


Beynəlxalq Respublikaçı İnstitutunun baş məsləhətçisi David Shullman fikrincə "bundan sonra Çin Serbiya ilə qurduğu münasibətlərin necə faydalı olması ilə əlaqədar misal kimi göstərir. Əlbəttə ki, prezident Vuçiçin dediyi də budur ki, Avropa İttifaqı və Covax sistemi bütün ölkələrin ehtiyac duyduğu peyvəndi inkişaf etdirməkdə və çatdırmaqda yavaşladığı zaman çinli dostlarımızdan nə əldə edə bildiyimizə baxın".

Shullman gələcəyə nəzər salıb Çinin texanlogiyalar və digər sahələrdəki innovasiyalarını izləməyin vacib olduğunu vurğulayır.

XS
SM
MD
LG