Accessibility links

COVID-19 qurbanlarının hekayələri Twitterdə


Faces of COVID Twitter səhifəsində hekayələri yerləşdirilən COVID-19 qurbanlarının bəziləri
Faces of COVID Twitter səhifəsində hekayələri yerləşdirilən COVID-19 qurbanlarının bəziləri

Onların sayı getdikcə artırdı.

COVID-19 -dan hər gün daha çox insan ölürdü. Ötən mart ayında xəbərlərdə yer alan statistika Aleks Qoldsti vahiməyə salmaya başladı.

“Mən belə hiss edirdim ki, xəbərlərdə emosiya və insanlıq çatışmırdı və bunu dəyişmək lazım idi,”Bostonda yaşayan kommunikasiya üzrə məsləhətçi deyir.

Qoldstin ölənlərin xatirəsini yad etməyə həsr olunmuş "Faces of COVID" adlı Twitter hesabını yaratdı.

Aleks Qoldstin
Aleks Qoldstin

“Əvvəl 'Faces of COVID' mənim üçün ölüm xəbərlərinə surət və ad qatmaq yolu kimi başlamışdı. Amma mən çox qısa zamanda çox sayda insanın yaşanan ölüm və travma ilə yaxın əlaqə qurmaq istədiyinin fərqinə vardım,” o deyir.

"Faces of COVID" səhifəsinə daxil olanda gülən üzlər görə və səmimi ürək sözləri oxuya bilərsiniz.

Məsələn Texasın Keyti şəhərindən olan Hyu Cillis “ən səmini və heyrətamiz insan idi.” Virciniyanın Nyuport Nyus şəhərindən 53 yaşlı Riçard Vilyams “insanlara yardım etməyi sevən zəhmətkeş insan idi.” Texas ştatının Pasadena şəhərindən 58 yaşlı Dora Kantu xatirələrdə “gülümsəməsi və “otağa işıq saçan” görkəmi ilə qalacaq.

Bu hekayələr COVID-19 məhdudiyyətləri səbəbilə kədərlərini ənənəvi dəfn mərasimləri ilə yaşaya bilməyən insanlar üçün təsəllidir. 'Faces of COVID' geniş Amerika icmasının birlikdə kənərlənə biləcəyi onlayn məkana çevrilib.

“Bu sənə sənin tək olmadığını, sənin vəziyyətində olan yüzlərlə insanın olduğunu dərk etməyə yardım edir,” həyat yoldaşı Stiven Riçardı 2020-ci ilin martında COVID-19 səbəbilə itirən bostonlu Karen Nasembeni deyir. “Bu, qəbirstanlıqda ətrafdakı məzarlara baxıb, ‘mən tək deyiləm’ düşünməyə bənzəyir,” o əlavə edir.

Qoldstin deyir ki, o, “Faces of COVID”i yarandandan bəri səhifədə 5000 hekayə paylaşıb. Onların bəzilərini ölənlərin ailə üzvləri və sevdikləri paylaşıb. Qoldstin özü isə müxtəlif mənbələrə üz tutur. 150,000-ə yaxın izləyicisi olan hesab onun ölkə və ölkədəki insanlar barədə düşüncələrini dərinləşdirib.

“İnsanlar ən pis anlarında belə inanılmaz dərəcədə zərif, mehriban və həssasdırlar və səninlə sənin layiq olmadığını düşündüyün şeyləri paylaşırlar,” o deyir.

“Bu həmçinin mənə Amerika təcrübəsinin nə dərəcədə gözəl və qeyri-bərabər olduğunu və ölkəmizin nə qədər də müxtəlif olduğunu xatırladır. Ona görə də, bu, ölkə barədə təcrübə sahibi olmağın qəribə yoludur, amma bu hekayələr sizi hər ştatdakı böyük və balaca şəhərlərə aparır və siz çox şey öyrənirsiniz.”

Qoldstin "Faces of COVID"in Birləşmiş Ştatlarda həyatını itirən 519,000-dən çox insanın xatirəsinə yad etməyə həsr olunmuş çox az sayda ümummili resurs olduğuna təəccüblənir. O düşünür ki, bütün ölkə pandemiyanın gətirdiyi travma və kədəri proses etməyi ertələyib, çünki pandemiya səbəbilə insanlar ənənəvi yas mərasimlərini keçirə bilməyiblər.

“Ümid edirəm ki, biz verdiyimiz itkilərə onların layiq olduğu diqqətin bir hissəsini ayıra bilirik,” o deyir.

Qoldstin hələ də davam edən ümummilli faciəyə şahidlik etməyə davam etmək niyyətindədir.

“Bu göstəricilərə surət və ad qatmaq müəyyən mənada cavadehlik axtarmaq yoludur. Çünki mən düşünürəm ki, bu hekayələrin hər biri belə bir sual yaradır ki, 'bizim liderlərimiz bu insanları qorumaq üçün nə edə bilərdi? Onların yaşamağına imkan yaradacaq hansı qərarları verə bilərdik? Və biz icmamız daxilində bir-birimizin qayğısına qalmaq üçün hər hansı məsuliyyət daşıyırıqmı?'”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG