Accessibility links

COVID-19-un Delta variantı Sidney şəhərini kilidləmələr tətbiq etməyə məcbur edib


Avstraliyanın paytaxtı Sidneydə işçilərə və sakinlərə cümə günündən etibarən bir həftə müddətində evdə qalmaq göstərişi verilib. Rəsmilər buna səbəb kimi şəhərin bir neçə bölgəsində COVID-19-un Delta variantının artmaqda olmasını göstərir.

Rəsmilər iki həftə əvvəl beynəlxalq həyəti Sidney hava limanından karantin otelinə apararkən xəstəliyə yoluxmuş limuzin sürücüsünün daha sonra 65 nəfəri yoluxdurduğunu bildirir.

Lakin rəmilər o vaxtdan bəri şəhərin əsas biznes bölgəsi də daxil olmaqla Sidneyin mərkəzinə minlərlə insanın gəlib-getməsi səbəbindən potensial yoluxma yerləri müəyyən ediblər.

Sakinlərin mağazalarda virusa yoluxduqdan sonra xəstəliyi ailələrinə yaymaq ehtimalı şəhər rəsmilərini təşvişə salır.

Sidneyin yerləşdiyi Yeni Cənubi Uels ştatının Baş naziri Qladis Berejiklian hazırkı dövrü pandemiya başlayan gündən bəri "ən qorxulu dönəm" adlandırıb.

Evdə qalmaq göstərişi alan məhəllələrdəki insanların yalnız vacib ehtiyac hallarında - evdən işləmək mümkün olmadığı, idman etmək, tibbi ehtiyac tələb olduğu təqdirdə evdən çıxmaları tövsiyyə olunur.

Berejiklian sərnişinlərin virusu şəhərin digər bölgələrinə yaymaq ehtimalından qorxduğu üçün məhdudiyyətlərə mərkəzdə işləyən işçilərin də daxil edildiyini bildirib.

Digər tərəfədən bütün Sidney sakinlərinə gələn cümə gününə qədər şəhəri tərk etməmək tapşırığı verilib. Buna səbəb isə Sineydən 9 saat aralıda şimal-qərbdə yerləşən ucqar Burke qəsəbəsindəki kanalizasiyada virusun qalıqlarının aşkar edilməsidir.

Bunula belə Avstraliya Tibb Dərnəyinin başçısı Ömər Xorşid ştat rəsmilərindən 5 milyonluq şəhərin tamamilə karantinə salınmasını istəyir. O bildirir ki, "Delta virusu fərqlidir, daha asan ötürülür. Sidneylilər daha əvvəllər bununla qarşılaşmayıblar".

Xorşid kilidlənmənin iqtisadi təsirinin çətin olmasına baxmayaraq, daha geniş bir epidemiyanın bütün ölkə üçün "fəlakətli" ola biləcəyi barədə xəbərdarlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG