Accessibility links

COVID-19-un ikinci dalğasından qorxan Uhanda testlər sürətləndirilir


Çinin dövlət mediası bildirir ki, Uhan koronavirus böhranın mümkün ikinci dalğası təhlükəsi ilə üzləşir. Bu səbəbdən rəsmilər Uhanda aprel və may ayları ərzində üç milyondan çox insanın testdən keçirildiyini və geri qalan hər kəsin də testdən keçiriləcəyini bildirib.

Rəsmi Xinhua Xəbər Agentliyi cümə axşamı Uhan hökumətinin iclasına istinadən xəbər verir ki, əvvəllər testdən keçməmiş sakinlərə, həmçinin daha əvvəl xəstliyin yayıldığı, eləcə də əhalinin sıx məskunlaşdığı yaşayış ərazilərindəki insnalara üstünlük veriləcək.

Aprelin səkkizindən özünütəcrid qaydları yumşaldıqdan sonra fəaliyyətə başlamış biznes sahələri və məktəblər Uhanda xəstəliyin ikinci dalğasının başlamasından ehtiyat edir.

Xəstəliyə ilkin yoluxmalar asimptomatik idi, virusa yoluxan şəxlərdə hərarət və digər simptomlar müşahidə edilirdi.

Xinhua xəbər agentliyi bildirir ki, bu səbəbdən də rəsmilər şəhərdəki hər kəsin testdən keçiməsindən sonra bu asimptomatik yoluxmaların dəqiq sayını müyyən etmək olacaq.

Reuters xəbər agentliyi bölgə səlahiyyətlilərinə aid daxili sənədə istinadən xəbər verir ki, şəhər 10 gün ərzində 11 milyon insanı sınaqdan keçirməyə çalışır.

Qeyd edək ki, son günlərdə Uhanda onlarla insanda asimptomatik yolxuma halları aşkarlanıb. Bəzi ekspertlər kütləvi bu testin görünməmiş miqyasda olduğunu və narahatlıq səviyyəsini göstərir. Digərləri deyirlər ki, testlərin bu qədər irimiyqalı olması səhvlərə yol açacaq.

XS
SM
MD
LG