Accessibility links

Rekord: İyunun 30-da ABŞ-da COVID-19-a 47 min yoluxma halı qeydə alınıb


İyunun 30-da ABŞ-da COVID-19- a 47 min yoluxma halı qeydə alınaraq, daha bir rekord göstərici əldə edilib. Bu, pandemiyanın başlamasından bəri ən yüksək göstəricidir.

Yeni yoluxma halları Arizona və Texas kimi cənub-qərbi, Kaliforniya, habelə Florida, Corcia və Cənubi Karolina kimi cənub-şərqi ştatlarda qeydə alınıb.

Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi ABŞ Senatına bildirib ki, hazırda gündəlik 100 000 olan yoluxma halları iki dəfə arta bilər.

Antoni Fauci
Antoni Fauci

Dr. Fauci vəziyyətin tam nəzarətdə olmadığını bildirib. O deyib ki, diqqətlərin yoluxma sayına görə öndə gedən ştatlara yönəldilməsi bütün ölkəni risk qarşısında qoyub.

Nyu-York, Nyu-Cersi və Konnektikut ştatları səyahətçilərin 14 günlük karantin altına alınması icbari olan ştatların siyahısına Kaliforniya, Corcia, Aydaho, Ayova, Luiziana, Missisippi, Nevada və Tennisini də əlavə edib.

COVID-19 infeksiyasının artması ilə Florida, Texas və Kaliforniya ştatlarının qubernatorları iqtisadiyyatın açılması planlarını yavaşıdaraq, barlar və restoranların bağlanması və icbari maska taxılması haqda göstərişlər verib. Birləşmiş Ştatlarda 2.6 milyon nəfərin virusa yoluxduğu, 127 000-dən çox insanın həyatını itirdiyi bildirilir.

Səyahət qadağalarını yüngülləşdriən Avropa İttifaqı ABŞ-ı bu siyahıya salmayıb.

Qurum 14 ölkədən gələn qonaqlar üçün COVID-19 ilə əlaqəli səyahət məhdudiyyətlərini ləğv edib.

Çərşənbə axşamı verilən açıqlamada Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tayland, Tunis və Uruqvaydan olan insanlar 31 Avropa ölkəsinə daxil ola biləcəklər.

Ancaq ABŞ, Braziliya və Hindistan da daxil olmaqla, COVID-19 yoluxmalarının çox olduğu ölkələrdən olan səyahətçilər bu dəfə də daxil ola bilməzlər.

Çin vətəndaşları orada olan Avropa vətəndaşlarına qoyulan məhdudiyyətləri ləğv etdiyi halda bloka girə biləcəklər. Siyahıdakı digər ölkələrin avropalılara edilən hər hansı bir səyahət qadağalarına son verəcəyi gözlənilir.

Hər iki həftədən bir COVID-19 yoluxmalarına görə ölkələr əlavə olunacaq və ya hətta siyahıdan çıxarılacaq. Lakin ABŞ-ın bir müddət yer ala bilməcəyi ehtimalı çoxdur.

Aİ-nin meyarlarına əsasən, son 14 gündə ölkələrin yeni yoluxma sayları orta səviyyəyə yaxın və ya altındadır və bu halların sayı sabitləşir və ya azalır.

XS
SM
MD
LG