Accessibility links

2020-ci il COVID-19 pandemiyası səbəbindən ABŞ tarixində ən ölümcül il olub


ABŞ səhiyyə rəsmilərinin bildirdiyinə görə, 2021-ci il keçən ildən daha ölümcül olacaq. Noyabr və dekabr ayları üçün ölüm hesabatlarının açıqlanması bir neçə həftə sürəcəyinə görə göstəricilərin çox olacağını demək üçün hələ tezdir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) ölüm statistikasına nəzarət edən Robert Anderson mövcud məlumatlara əsaslanaraq, 2021-ci ilin ötən ilin rekord ölüm sayından azı 15000 nəfər çox olduğunu deyib.

Keçən il COVID-19 pandemiyası səbəbindən ABŞ tarixində ən ölümcül il olub.

Çərşənbə günü CDC-nin yaydığı hesabat göstərir ki, agentliyin daha əvvəl bildirildiyindən fərqli olaraq 2020-ci il daha pis olub. Hesabatda keçən il üçün ABŞ-da təxminən 3,384 milyon ölümün bu ilin əvvəlində açıqlanan təxmini saydan 25 000 çox olduğu göstərilir.

Müvəqqəti son rəqəmlər arasında bu cür sıçrayışlar adi haldır, lakin 2020-ci ildəki fərq yeni elektron hesabat sistemlərinə keçən bəzi ştatların ölüm qeydlərindəki geriləmə səbəbindən həmişəkindən daha yüksəkdir.

CDC bu həftə 2020-ci il üçün gözlənilən ömür uzunluğu təxminlərinə yenidən baxıb. Həmin il doğulanların ömür uzunluğu 2019-cu ilə nisbətən 1,8 il azalaraq 77 yaş olub. Agentlik daha əvvəl azalmanı 1,5 il olaraq qiymətləndirmişdi.

Anderson 2021-ci ildə ölkədə 3,4 milyondan çox ölümə şahidi olunacağını ehtimal edir. Digər ekspertlər isə il ərzində ölümlərin ya 2020-ci ildəki ilə eyni, ya da daha yüksək olacağını düşünür.

Vaşinqton Universitetinin ölüm statistikası üzrə eksperti Əli Mokdad vəziyyəti kədərli adlandırıb.

Əsas səbəb 2020-ci ilin martında ABŞ-a ağır zərbə vuran və ürək xəstəliyi və xərçəngdən sonra ölkədə 3-cü ölüm səbəbi olan COVID-19-dur. Keçən il təxminən 351 000 ölümün əsas səbəbi COVID-19 olub.

Anderson bildirib ki, bu il bu rəqəm artıq 356 000-dir və yekun rəqəm 370 000-ə çata bilər.

Mütəxəssislər, həmçinin 2021-ci il rəqəmlərinin ilk dəfə olaraq bir təqvim ilində 100 000 ölümü ötəcəyi gözlənilən həddindən artıq dozada narkotik epidemiyasından təsirlənəcəyini düşünür.

İllik ölüm hallarının artması qeyri-adi hal deyil. İllik say 2018-ci ildən 2019-cu ilə qədər - COVID-19 görünməzdən əvvəl təxminən 16 000 artmışdı. Ancaq koronavirusun təsiri açıq şəkildə nəzərə çarpır.

Nyu-Hempşir Universitetinin tədqiqatçısı Kennet Conson ilk növbədə COVID-19 ölümlərinə görə, 2020-ci ilin iyulundan 2021-ci ilin iyuluna qədər ölkə tarixində ən aşağı əhali artımı tempinə şahid olunduğunu deyib.

Səlahiyyətlilər COVID-19 peyvəndlərinin ölüm sayını azaldacağına ümid edir. Bu il peyvəndlər tədricən əldə olunmağa başlandıqda yanvarın sonunda cəmi 7 milyon, martın sonunda isə 63 milyon peyvənd vurulub. O vaxtdan bəri bir çox amerikalı peyvənd etməməyi seçib.

CDC bildirir ki, 204 milyon amerikalı tam peyvənd olunub, ya da ABŞ əhalisinin 5 və daha yuxarı yaşda olan və vurulmaq hüququ olan təxminən 65%-i.

Mokdad həqiqətən də effektiv peyvəndlərin mövcudluğuna baxmayaraq, ölümlərin artamasına COVID-19-un səbəb ola biləcəyini deyib.

Koronavirusun yeni, daha ötürücü variantlarının ortaya çıxması problemi daha da ağırlaşdırır.

XS
SM
MD
LG