Accessibility links

Həkimlər laboratoriyada yetişdirilən anticisimlərin COVID-19-u müalicə edə biləcəyinə ümid edir


Həkimlər insan bədənin xəstəliklərə qarşı ən güçlü silahlarını sınaq borusunda yetişdirib, onlardan COVID-19-ə qarşı istifadə etmək istəyirlər.

Monoklonal anticisim terapiyası adlanan bu müalicə COVID-19-a səbəb olan koronavirusa yoluxmuş xəstələr üçün bir müalicə üsulu, eləcə də ön cəbhədəki tibb işçiləri və yüksək riskli qrupda olan digər insanların virusa yoluxmasının qarşısını almağın bir yolu ola bilər.

Azı altı şirkət bu yay anticismi COVID-19 xəstələri üzərində sınaqdan keçirməyi planlaşdırır.

Monoklonal anti-cisimlərin xərçəng və revmatoid artrid də daxil olmaqla, bir çox xəstəliklərə qarşı mübarizədə güclü bir vasitə olduğu sübut edilib. Ebolaya qarşı yeni müalicə yolu da hazırda ABŞ-ın Ərzaq və Dərman Administrasiyası tərəfindən araşdırılır.

Anti-cisimlərin ənənəvi dərmanlardan daha üstün cəhətləri var və bu səbəbdən dolayı onlardan COVID-19 əleyhinə inkişaf etdirilən yeni müalicələrdə istifadə olunur. Bu üstünlüklərdən biri də 10-15 ildə inkişaf etdirilən texnologiya sayəsində onları istehsal etməyin nisbətən sürətli olmasıdır.

"Qan nümunəsi götürmə və klinikada anticism hazırlama prosesi təxminən üç ay çəkdi" - deyə, bio-texniki Adimab şirkətinin anticism şöbəsinin direktoru Laura Volker bildirir.

Təhlükəsizlik testlərinə hazırlaşarkən Volker anticisimlə müalicənin olduqca etibarlı olduğunu deyir. "Hər kəsdə təbii olaraq anticisimlər yetişir".

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG