COVID-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətlər zamanı bir çox kiçik müəssisələr ayaqda qalmaq üçün mübarizə apardığı bir vaxt bəziləri buna nail olub və hətta irəliləmə yolunu tapıb.
Meggi Spreq: “Mənim adım Meggi Spreqdir. 2006-cı ildən Salon Bond-dun sahibiyəm. Pandemiyadan əvvəl mənim inkişaf edən bir biznesim var idi. Səhər 6:30-dan evimdə işə başlayır, uşaqlarımı məktəbdən götürənə, təxminən 2: 30-a qədər işləyirdim.“
“Mənim çox sayda müştərim var idi mən bilmirəm onlar buraya bir də gələcəklər ya yox. Adətən buraya bir neçə qadın eyni zamanda gəlir, söhbət edir və kokteyl olmasa da bu otaq elə bil rəfiqələrin kokteylə toplaşdığı yerə bənzəyirdi. Mən öz salonum və müştərilərim üçün çox darıxmışam“ - deyə, Meggi Spreq bildirir.
“Beləliklə, mən evdən FaceTime və ya Zoom vasitəsilə müştərilərimə xüsusi rəng dəstlərini ucuz qiymətə almalarına yardım etmək və sadə təlimatlar vermək qərarına gəldim. Bu, sizin gedib mağazadan özünüzün saç üçün rəngi alıb, başınıza necə qoyacağınızla bağlı narahatlıqların qarşısını alır.“
“Rəngi qarışdırdıqdan sonra başın arxasından başlaya bilərsiniz. Beləliklə, boynunuzun arxasından başlayaraq, saçınızı tamamilə rəngləyirsiniz“ deyə, o bildirir.
Cen: “Uşaqlarım məni tanımadı. Onlar qara saçlı xanım kimdir, deyə soruşurdu. Mən sizin ananızam, dedim.“
“Bəlkə də bu bir gələcəkdir. Bu pandemiyanın nə qədər davam edəcəyi bəlli deyil.“ deyir, Meggi.
“Normal iş üsuluma qayıtmağa can atıram, amma bunu tamamilə yeni bir yol kimi görürəm. Pandemiyadan sonra da yalnız müştərilərimi deyil, bir çox insanı dəstlərimlə təmin etmək istərdim. Bunu etməkdən məmnun olardım. Mənim üçün bu başqa bir biznesə çevrilə bilər. Bu, salona gələ bilməyən insanlara yardım edər.“
Hamı xarici görünüşünə əhəmiyyət verir. Hamı yaxşı görünmək istəyir.