Accessibility links

COVID və Nyu York restoranları


COVID və Nyu York restoranları
please wait

No media source currently available

0:00 0:01:51 0:00

COVID və Nyu York restoranları

Bazar ertəsi yayılan COVID-19 peyvəndi minlərlə restoranı pandemiyanın iqtisadi təsirindən qurtarmaq üçün gec qalıb. Hələ də fəaliyyət göstərən restoranların çoxu yeni biznes modellərini formalaşdırır.

Pandemiya başlayandan bəri Nyu York şəhərinin iş adamı Veyd Hagenbar ortaq olduğu iki restoranı bağlamalı olub. "Mart ayında başlayanda dörd restoranımız açıq idi və işləyirdi, biri də olduqca yeni, payızda açılmışdı. 20 ildir işləyən bir barım var idi. Hər ikisi bağlandı."

O, iyirmi ildir Bruklində "Angry Wade" adlı bir restoran və barın ortaq sahibi idi. "Bilirsiniz, bu, ev sahibinin kirayə haqqını gözlədiyi və bağlı olduğumuz üçün kirayəni ödəməyə bilmədiyimiz bir haldır. Beləliklə o, açarları geri aldı və mən 20 ildir açdığım bardan çıxmalı oldum."

Onun dediyinə görə, pandemiya başlananda restoranlar hökumətin maliyyələşdirdiyi Maaşların Qoruma Proqramının (PPP) yardımı sayəsində açıq qalmışdı və bu da onun kimi kiçik müəssisələrə əmək haqqını və xərcləri ödəməyə kömək edirdi. “Hökumətdən aldığımız puldan istifadə etdik, pul qurtarandan sonra isə bir şey edə bilmədik. Hər həftə pul itirirdik."

Oliver Konan adlı başqa bir iş adamı iş adamı Bruklindəki "Barbès" adlı barını pandemiya dövründə açıq saxlasa da, bunun necə işləyəcəyini bilmirdi. Lakin o, buna uyğunlaşdı və diqqətini kiçik istehsalçı və şərab zavodlarına yönəldərək, barını işçi mağazasına çevirdi. "Düzü bu, buranın ayaqda qalmasını təmin edəcək" - deyə, o bildirir.

Yeni COVID-19 peyvəndləri artıq ölkəyə göndərildiyi üçün Konan kimi sahibkarlar pandemiya sona çatana qədər işlərini davam etdirə biləcəklərinə ümid edir.

XS
SM
MD
LG