Accessibility links

Dünya boyu insanların COVID-19 peyvəndlərinin təhlükəsizliyi ilə bağlı sualları var


Dünya boyu insanların COVID-19 peyvəndlərinin təhlükəsizliyi ilə bağlı sualları var
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Dünya boyu insanların COVID-19 peyvəndlərinin təhlükəsizliyi ilə bağlı sualları var, bəziləri isə ümumiyyətlə peyvənd vurdurmaq istəmir.

Dünya alimləri 2 milyondan çox insanın həyatına son qoyan, 100 milyondan çox insanın yoluxmasına səbəb olan COVID-19 virusundan qorunmaq üçün peyvəndlər inkişaf etdirib. Lakin bu peyvəndlərin qoruyucu effektləri sübut olunsa da, insanlar hələ də onlara şübhə ilə yanaşır. "Nəyə inanacağımı bilmirəm, xəbərlərəmi, yoxsa ətrafda deyilənlərəmi?" - deyə, sakinlərdən biri bildirir.

Digəri "Bir az şübhə edirəm, çünki bilmək istəyirəm, bu, immun sistemimə necə təsir edəcək?" deyir.

Bir qadın isə "Bilmirəm, heç vaxt yoluxmayacağım bir şey üçün nəyə görə peyvənd vurdurmalıyam" deyir.

Şübhə Los-Anceles kimi böyük şəhərlərdə olduğu kimi, Qərbi Virciniyanın kiçik şəhərlərində də eyni dərəcədə realdır. "Bunun pis tərəfi ondadır ki, əgər bunun təsiri olmazsa və virusa yoluxarsınızsa, onda nə olacaq?"

Bəzi peyvəndlər zəifləmiş və ya ölü viruslardan hazırlanır. Lakin mütəxəssislər narahat olmağa ehtiyac olmadığını deyirlər.

Klivlend Klinikasından doktor Tosin Qoci yoluxucu xəstəliklər üzrə mütəxəssisdir. "Bu canlı peyvənd deyil, siz COVID-ə yoluxmayacaqsınız."

Peyvəndlərin yeni olmasına baxmayaraq, doktor Qoci onların hazırlanmasında istifadə olunan texnologiyanın yeni olmadığını deyir. “Başlanğıcda bu texnologiyadan xərçəng xəstəlikləri üçün istifadə edilirdi. Yəni bu texnologiya son bir ildə COVID üçün tapdığımız bir şey deyil. Sonra bir fürsət oldu və bu texnologiyanı bunun üçün istifadə edə biləcəyimizi düşündük" deyir, Tosin Qoci.

Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlərlə və virusun özü ilə bağlı miflərə və narahatlıqlara cavab verən veb səhifəsi var.

Ümumdünya Səhiyyə Təşkilatı insanların narahatlıqlarını və qorxularını aradan qaldırmaq üçün kütləvi maarifləndirmə kampaniyalarının aparılmasına çağırır. Mütəxəssislər deyirlər ki, insanlar peyvənd vurdurmaqla yanaşı əllərini yumaq, maska taxmaq və sosial məsafə saxlamaq kimi qaydalara riayət edərlərsə, pandemiyaya son qoyula bilər.


XS
SM
MD
LG