Accessibility links

Alimlər COVID-19 peyvəndlərinin gücləndirici dozalarına ehtiyac olmadığını deyir


Koronavirusa qarşı peyvənd mərkəzi
Koronavirusa qarşı peyvənd mərkəzi

Peyvənd üzrə beynəlxalq mütəxəssislər qrupu yeni halların artması ilə mübarizə aparan ABŞ-da və digər ölkələrdə artan yoluxmalara qarşı COVID-19 peyvəndlərinin gücləndirici dozalarının tətbiq edilməsinin əleyhinə çıxıb.

Bazar ertəsi The Lancet tibb jurnalında nəşr olunan bir məqalədə deyilib ki, son araşdırmaların nəticələri dünyada istifadə olunan mövcud peyvəndlərin daha yoluxucu delta variantının yayılmasına baxmayaraq, xüsusilə, ağır xəstəliklərə və xəstəxanalara yerləşdirilmələrə qarşı qorumağa davam etdiyini göstərib.

COVID-19 peyvəndlərinin gücləndirici dozalarını tətbiq etmək tendensiyası İsraildə edilən araşdırmalardan sonra başlayıb. Araşdırmaya görə, bu ilin əvvəlində iki doza Pfizer peyvəndi vurulan yaşlı insanlar arasında peyvəndin effektivliyinin əhəmiyyətli dərəcədə azalıb. Bu məlumatlar İsraildə 50 və yuxarı yaşlardakı insanlara gücləndirici dozaların vurulması ilə nəticələnib.

Müəlliflər peyvəndlərin spesifik COVID-19 variantlarına uyğun olaraq dəyişdirilməsinin orijinal peyvəndin əlavə dozalarından istifadə etməkdən daha yaxşı bir yanaşma olduğunu bildirib.

Müəlliflər arasında Ümumdünya Səhiyyə Təşkilatının iki aparıcı alimi Ana-Mariya Henao-Restrepo və Somya Svaminatan, eləcə də ABŞ-ın Ərzaq və Dərman İdarəsinin Peyvənd Araşdırma Bürosunun iki əsas rəsmisi - doktor Marian Qruber və doktor Filip Kraus da var.

The New York Times-ın bu yaxınlarda bildirdiyinə görə, Qruber və Kraus Ərzaq və Dərman İdarəsinin məlumatları düzgün qiymətləndirməsindən əvvəl Bayden administrasiyasının gələn aydan başlayaraq bəzi amerikalılara gücləndirici dozaların tətbiq ediləcəyi barədə verdiyi açıqlamadan narahat olduqlarını bildirib.

Ərzaq və Dərman İdarəsi 12 yaşa qədər uşaqlar üçün COVID-19 peyvəndlərinin tövsiyə edilib-edilməməsi və yetkin amerikalılar üçün artıq təsdiq edilmiş hazırkı peyvəndlərin gücləndirici dozaları ilə bağlı qərar verməlidir.

Həm Ərzaq və Dərman İdarəsi, həm də Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi keçən ay immun sistemi zəif olan bəzi insanlara Pfizer və ya Moderna-nın üçüncü dozasını tövsiyə etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG