Accessibility links

“Hamilə qadınların vaksinasiyası çox vacibdir“


Yeni bir araşdırmanın nəticələri hamilə və əmizdirən qadınların COVID-19-a qarşı Pfizer və ya Moderna peyvəndlərinin hər iki dozasını almalarının çox vacib olduğunu göstərib.

Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Massaçusets Xəstəxanası və Pensilvaniya Universitetinin tədqiqatçıları peyvəndləri təxminən eyni yaşda olan 84 hamilə qadına, 31 süd verən anaya və 16 hamilə olmayan qadına tətbiq edib. Onlar ilk dozadan üç-dörd həftə sonra hamilə və süd verən qadınlarda hamilə olmayan qadınlara nisbətən daha az anti-cisim yarandığını aşkar edib.

"Science Translational Medicine" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, ikinci doza vurulduqdan sonra iki qrup qadında hamilə olmayan qadınlarda olduğu qədər anti-cismin olduğu aşkar edilib.

Hamilə qadınlar koronavirusun yaratdığı COVID-19 kimi ciddi xəstəliklərə xüsusilə həssasdırlar, belə ki, onların immun sistemi körpəni daşıdıqları üçün dəyişmiş vəziyyətdədir.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, Avropa son bir həftə ərzində COVID-19-a yoluxma və ölüm hallarında artımın qeydə alındığı yeganə regiondur.

BMT-nin Səhiyyə Agentliyi yeddi gün ərzində regionda 1,6 milyon yeni yoluxma və 21000 ölüm halının qeydə alındığını bildirib. Bu, müvafiq olaraq 18 və 14 faiz artım deməkdir. Rəsmilər deyirlər ki, yeni yoluxmaların artmasına müxtəlif amillər, o cümlədən bəzi Şərqi Avropa ölkələrində vaksinasiyanın aşağı səviyyədə olması səbəb olub.

Birləşmiş Ştatlar həmin dövrdə COVID-19-a təxminən 513000 yeni yoluxma halı qeydə alınıb ki, bu, digər ölkələrlə müqayisədə ən böyük göstəricidir.

Böyük Britaniyada 16 faiz artımla, yoluxanların sayı 330465 nəfərə, Rusiyada isə 15 faiz artmaqla, yoluxanların sayı 248956 nəfərə çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG