Accessibility links

COVID-in insan orqanizminə təsirləri


COVID-in insan orqanizminə təsirləri
please wait

No media source currently available

0:00 0:04:02 0:00

Keçən mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edərkən, virusun artıq ölümcül və çox yoluxucu olduğunu sübut edilmişdi. Bu, tanınmayan yeni bir virus idi. O vaxtdan bəri elm adamları virusun həyati orqanlara uzunmüddətli təsirləri haqqında çox şey öyrənib.

COVID-19 virusun səbəb olduğu yoluxucu tənəffüs xəstəlikdir - rəsmi olaraq qısaca SARS-COV2 olaraq tanınır.

Kəskin Tənəffüs Sindromu koronavirus 2.

Koronavirus ikinci dəfədir ki, insanları xəstələndirir və ölümlərə səbəb olur. SARS ilk dəfə Çində 2002-ci ilin noyabrında ortaya çıxmışdı. Virusun mövcud versiyası Çindən 2019-cu ildə yayılıb və bu səbəbdən COVID-19 adlandırılıb.

Virus ağ ciyərləri zəbt edir, infeksiya ilə mübarizə aparmağa kömək edən molekulları çoxaldır və təsirsiz hala gətirir. İnsanların çoxu sağalsa da, virus ağ ciyərlərə zərər verir və xəstələrin nəfəs almasını çətinləşdirir.

Tomas Stil COVID səbəbi ilə iki ağciyər transplantasiyasına məruz qalıb.

"Xəstəxananızdakı otağınızda oturub hər nəfəsi boğularaq çəkmək kimi bir şey deyil. Mən bunu 58 gün çəkdim."

Ağ ciyərlər oksigeni qana ötürür. Virus oksigen səviyyəsini azaldır və xəstələrin nəfəs almasına yardım üçün onları ventilyatora qoşmaq lazım olur.

COVID-19 qan dövranında təhlükəli laxtalanmaya səbəb ola bilər. Artıq yüksək qan təzyiqi və ya insultdan qan damarlarını zədələnən, habelə ürək xəstəliyi olan insanların ciddi xəstəlik riski daha yüksəkdir. Bu laxtalanmalar ağ ciyərlər və ürək də daxil olmaqla, bütün bədənə yayıla bilir. Laxtalanma infarkt və ya insulta səbəb ola bilər.

Dr. Allen Anderson virusun sağlam ürəyi olan insanların da ürəyinə zərər vurduğunu müşahidə edən bir çox kardioloqdan biridir.

"Koronar arteriyalarda hər hansı bir tıxanma, ürək ritm pozuntusu olmasa belə virus səbəbi ilə ürək tutmasına səbəb olan qan fermenti göstəriciləri yüksək olur və bu, olduqca yüksək səviyyədə baş verir."

Virus və onu müşayiət edən iltihab ürək toxumasına zərər verə bilər. Zərərin bir hissəsi bərpa edilə bilər. Ancaq hamıda deyil. Həkimlər virusun başqa bir vacib orqana - böyrəklərə də təsir etdiyini də öyrənib. New York tibbi sistemi keçən il 5000-dən çox COVID xəstəsinə müayinə edib.

“5449 xəstənin 36.6%-də kəskin böyrək çatışmazlığı və ya böyrək zədəsi müşahidə edilmişdi. Böyrək zədəsi alanların14-%-i dializ tələb edib” - deyə, doktor Kenar Javeri bildirib.

Alimlər COVID-19-un bədənə təsirini hələ də araşdırmaqdadır. Ancaq ən ağır təsirlər ağ ciyərlərdən başlayır. Zədələnmiş ağ ciyərlərin oksigeni qana ötürməsi çətinləşir. Orqanların fəaliyyət göstərməsi üçün oksigenə ehtiyacı var. Xəstəliyin uzunmüddətli nəticələri də var. Bəziləri həyati təhlükə yaratmır, lakin həyat keyfiyyətinə təsir göstərir.

Semptomlara davamlı yorğunluq, baş ağrısı, nəfəs darlığı və ya sinə ağrısı daxildir. Digərlərində beyində duman və ya yaddaş problemi ola bilər. Bəzilərində isə uzunmüddətli narahatlıq və depressiya riski var. Yalnız xəstəxanaya yerləşdirilənlər deyil, hər kəsdə uzunmüddətli simptomlar ola bilər. Virusun kimə necə təsir göstərəcəyini söyləmək üçün bir yol yoxdur.

“Həqiqətən, bu infeksiyaya məruz qaldıqdan sonra neçə xəstənin bu uzun COVİD simptomlarına məruz qaldığını bilmirik. Araşdırmalar 10 ilə 80% arasında olduğunu göstərir. Buna görə insanların normal şəkildə yaxşılaşmasını gözlədiyimiz dörd həftəlik müddətdən sonra simptomlarla qarşılaşan çox sayda insan ola bilər” - deyə, Klivlend Klinikasından doktor Kristin Enqland bildirib.

Bəzi tibb mərkəzləri COVID-dən sağaldıqdan sonra simptomları davam edən insanları müalicə etmək üçün xüsusi klinikalar təsis edib.

XS
SM
MD
LG