Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində COVİD-19 ilə bağlı "qırmızı" həddə çatan şəhərlərin sayı artır


İranın Qərbi Azərbaycan vilayətində COVİD-19 ilə bağlı qırmızı vəziyyətdə olan şəhərlərin sayı artıb.

İSNA xəbər agentliyi bu barədə məlumat yayıb.

Qərbi Azərbaycan vilayətində koronavirus pandemiyası ilə əlaqədar təhlükəli hesab edilən qırmızı vəziyyətdə olan şəhərlərin sayı 6-ya yüksəlib.

Qərbi Azərbaycan Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin sədri Məhəmməd Əmin Vəlizadə, Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Şot, Poldəşt, Çaypara və cənubunda yerləşən Üşnü (Üşnəviyə), Sərdəşt və Xana (Piranşəhr) şəhərlərinin vəziyyəti qırmızı, Salmas ilə Çaldıran şəhərlərinin vəziyyəti sarı və vilayətin digər 10 şəhərinin vəziyyəti narıncı həddədir.

İSNA xəbər agentliyi ilə müsahibəsində bütün ölkə və vilayətdə peyvənd sürətinin artdığını açıqlayan Vəlizadə deyib ki, “COVİD-19 xəstəliyinin peyvəndinin birinci dozası vilayətdə 86%, Urmiyədə 96% və ikinci dozası isə vilayətdə 65% və Urmiyə şəhərində bir az daha çox vurulub.” O, peyvəndin üçüncü dozası ilə bağlı bildirib ki, bu doza cəmiyyətin bütün təbəqələrinə lazım deyil.

Vilayətin Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin sədrliyinə yeni təyin edilmiş Dr. Vəlizadə Qərbi Azərbaycanda xəstəliyin şiddəti və bu vilayətdə beşinci dalğanın uzanması ilə əlaqədar Səhiyyə və Tibbi Təhsil Nazirliyi qərarı ilə məhdudiyyətlərin başlanacağını bildirib.

İranda hələ məktəblərin təhsil sistemi onlayn şəkildə davam edir, lakin Təhsil Nazirliyi bildirib ki, yaxın zamanda bəzi orta məktəblərdə üzbəüz təhsil başlayacaq. Bəzi mütəxəssislər İranda məktəblərin tamamilə üzbəüz sistemə qayıtmasını tənqid edərək, belə bir qərarın həyata keçirildiyi təqdirdə ölkədə 6-cı dalğanın baş tuta biləcəyindən narahat olduqlarını bildirir.

XS
SM
MD
LG