Accessibility links

Yeni araşdırmalar bir dozalı Johnson&Johnson peyvəndinin təxminən 74% effektiv olduğunu göstərib


JAMA Network Open jurnalında çərşənbə axşamı dərc olunan məqalədə deyilir ki, araşdırmaların nəticələri COVID-19-a qarşı bir dozalı Johnson&Johnson peyvəndi təxminən 74% effektivdir.

Minnesota ştatındakı nüfuzlu Mayo Klinikasının tədqiqatçıları bu ilin fevral ayından iyul ayınadək 90 mindən çox xəstəni müayinə edib və onlardan 9 minə yaxınına Johnson&Johnson peyvəndi tətbiq edib. Onlar araşdırmanın sonunda peyvənd edilmiş xəstələrdən yalnız 60-da, peyvənd olunmamış 88 898 xəstədən isə 2236-da COVID-19 testinin müsbət çıxdığını müəyyən edib.

Lakin tədqiqatçıların dediyinə görə, amerikalılara ya iki dozalı Pfizer və ya Moderna peyvəndi peyvəndi tətbiq edilməlidir. Belə ki, bu peyvəndlər messengerRNA-dan istifadə etməklə hazırlanmış və ənənəvi virusa əsaslanan üsulla hazırlanmış Johnson & Johnson-dan daha effektiv olduğu sübut edilmişdir.

Bu arada, Mayo Klinikasının Minnesota ştatının bölgələrindən birində apardığı digər bir araşdırmanın nəticəsi Johnson&Johnson peyvəndi vurulmuş bəzi sakinlərdə serebral venoz sinus trombozu və ya CVST kimi bilinən qan laxtalanmasını inkişaf etdirmə ehtimalının 3,5 dəfə çox olduğunu göstərib.

JAMA Internal Medicine elmi jurnalında dərc edilən araşdırmanın nəticələri CVST-ni inkişaf etdirmə riskinin 40-49, ondan sonra isə 30-39 yaşllardakı qadınlar arasında daha yüksək olduğunu göstərib.

Johnson&Johnson peyvəndinin ilkin buraxılışı aprel ayında, peyvənd edilmiş milyonlarla amerikalı arasında bir neçə CVST hadisəsinin aşkar edilməsindən sonra dayandırılıb.

Yeni araşdırmanın aparıcı tədqiqatçısı peyvəndin ümumi faydaları ilə müqayisədə qan laxtalanması riskinin hələ də aşağı olduğunu deyib.

XS
SM
MD
LG