Accessibility links

Avropa İttifaqı ABŞ-ın Moderna şirkəti ilə 160 milyon doza koronavirus peyvəndi barədə razılıq əldə edib


Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen çərşənbə axşamı Avropa İttifaqının ABŞ-ın biotexnologiya şirkəti Moderna ilə 160 milyon doza koronavirus peyvəndinə dair razılaşma əldə etdiyini bildirib.

Keçən həftə Moderna eksperimental peyvəndinin son mərhələdə klinik sınaqlarından alınan nəticələrin koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin qarşısının alınmasında 94,5 faiz təsiri olduğunu bildirmişdi.

Brüsseldə jurnalistlərə görüşən Von der Leyen, Avropa İttifaqının icraçı komissiyasının potensial peyvənd istehsalçıları ilə əldə etdiyi altıncı razılaşmanın çərşənbə günü imzalanacağının gözlənildiyini və Avropa İttifaqına təxminən 2 milyard potensial doza ehtiyatı veriləcəyini deyib.

Avropa İttifaqı bundan əvvəl AstraZeneca, Pfizer-BioNTech, Sanofi-GSK, Johnson & Johnson və CureVac tərəfindən hazırlanan potensial peyvəndlərlə bağlı müqavilələr inzalayıb. Regional birlik mümkün əlavə razılaşma üçün ABŞ-ın Novavax şirkəti ilə də danışıqlar aparıldığını bildirib.

Von der Leyenin bildirdiyinə görə, regionun tibbi tənzimləmə orqanı olan Avropa Dərman Agentliyi (European Medicines Agency EMA) kliniki araşdırmaların nəticələri ilə bağlı məlumatları artıq təqdim etmiş şirkətlərin ən perspektivli peyvəndlərini gələn ay təsdiq edə bilər.

ABŞ -ın əczaçılıq şirkəti Pfizer və Almaniyanın BioNTech şirkəti Avropa Dərman Agentliyi ilə onların hazırladığı namizəd peyvəndlə əlaqədar artıq iş aparır. Pfizer və BioNtech keçən həftə fövqəladə hallarda istifadəyə icazə üçün ABŞ-ın Ərzaq və Dərman Administrasiyasına müraciət edib.

Şirkətlər təsdiq edilməsindən “bir neçə saat sonra” peyvəndlərini paylamağa başlaya biləcəklərini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG